Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Küveytin nüfuzlu “Kuwait Times”, “Arab Times”, “Əl-Kuveytiyyə” qəzetlərində
Azərbaycan haqqında geniş məqalələr dərc olunmuşdur
 
Küveytin nüfuzlu qəzetlərində Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakıda keçirilən təntənəli hərbi parad barədə geniş məqalələr dərc olunmuşdur.
Ölkəmizin Küveytdəki səfirliyindən bildirmişlər ki, iyunun 27-də nəşr olunan bir sıra nüfuzlu, çoxtirajlı ərəbdilli və ingilisdilli qəzetlərdə hərbi parad barədə geniş məlumatlar və fotoşəkillər öz əksini tapmışdır.
“Kuwait Times” , “Arab Times” , “Əl-Kuveytiyyə” qəzetlərində dərc edilən məqalələrdə tədbirin ölkənin müstəqilliyindən sonra keçirdiyi ən böyük hərbi parad olduğu vurğulanmışdır. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi paradda söylədiyi nitqdən sitatlar verilmiş, dövlətimizin başçısının ordunun hərbi qüdrətinin artırılması istiqamətində görülən işlər, Azərbaycanın işğal edilmiş torpaqlarının nəyin bahasına olursa-olsun azad ediləcəyi barədə əminliklə söylədiyi fikirləri yer almışdır.
Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər iki tərəfdən 30 min insanın həlak olması, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi barədə də məlumat verilmişdir.
Bildirilmişdir ki, ən son müasir silah və texnikaya malik Azərbaycan ordusu işğal altındakı torpaqları geri qaytarmaq gücündədir və son illər ölkəmizin hərbi potensialını daha da inkişaf etdirmək məqsədi ilə ayırdığı vəsaitin həcmi artaraq 3,3 milyard dollara çatmışdır.