Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın xarici işlər naziri İKT-ni Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırmışdır
 
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 27-dən 28-dək Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirlərinin (XİN) 38-ci sessiyasında çıxış etmişdir.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov Prezident Nursultan Nazarbayevə, Qazaxıstan hökumətinə səmimi qonaqpərvərliyə və sessiyanın təşkilinə görə təşəkkürünü bildirmişdir.
İslam dünyasında baş verənlərə toxunan E.Məmmədyarov, Azərbaycanın Fələstində olan vəziyyətdən narahat olduğunu qeyd etmiş, ölkəmizin qardaş xalqın sülh, stabillik və paytaxtı Qüds şəhəri olmaqla müstəqil Fələstin dövləti yaratmaq səylərini dəstəklədiyini bildirmişdir.
E.Məmmədyarov milyonlarla müsəlmana ağır emosional və psixoloji zərbə vurmuş islamafobiyanın dünyanın bir sıra ölkələrində baş qaldırdığını, İKT-nin bütün dinlərə qarşı böhtanın qarşısının alınmasında zəruri beynəlxalq çərçivənin yaradılması imkanlarını axtarmaq cəhdlərini ciddi dəstəklədiyini bildirmişdir.
İKT üzvlərinə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən xarici işlər naziri, həmçinin islam dünyasına və İKT-nin baş katibinə Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında qalması ilə nəticələnən və davam edən silahlı münaqişədə Azərbaycana göstərdikləri güclü dəstəyə görə səmimi minnətdarlığını ifadə etmişdir. Nazir bildirmişdir ki, təxminən bir milyon azərbaycanlı öz torpaqlarından etnik təmizləmə nəticəsində qovulmuş, Azərbaycanın yüzlərlə mədəni və tarixi abidələri məhv edilərək talan olunmuşdur.
E.Məmmədyarov İKT-nin üzvü olan ölkələri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırmışdır. Bildirmişdir ki, Azərbaycan Şərqi Avropa Dövlətləri Qrupundan BMT Təhlükəsizlik Şurasına namizəd olan dövlətlər arasında yeganə ölkədir ki, Avropa İttifaqının üzvü deyildir və heç bir siyasi və ya hərbi ittifaqa qoşulmamışdır.
“Biz Qoşulmama Hərəkatının tamhüquqlu üzvüyük və BMT Nizamnaməsinin prinsip və məqsədlərinə tam əsaslanaraq müstəqil xarici siyasət yürüdürük”, - deyə E.Məmmədyarov vurğulamışdır.