Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən səfirlərin xanımları ilə görüşmüşdür
 
İyunun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən səfirlərin xanımları ilə görüşmüşdür.
Qonaqları səmimi salamlayan Azərbaycanın birinci xanımı səfirlərin xanımları ilə görüşməkdən məmnunluğunu bildirmişdir.
Görüşdə bildirilmişdir ki, Azərbaycanın birinci xanımı ilə görüşmək fikri səfirlərin xanımlarından ibarət qrupun toplantılarından birində səslənmişdir. Qrupun fəaliyyətində xeyriyyəçilik işləri əsas yer tutur və bu məqsədlə də xanımlar Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı fəaliyyətlə yaxından tanış olmaq istədiklərini bildirmişlər. Qrup üzvləri Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti barədə məlumatlı olduqlarını, lakin aparılan işlər barədə daha çox öyrənmək istədiklərini diqqətə çatdırmışlar.
Mehriban xanım Əliyeva Fondun fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, Fondun əsas amalını xeyriyyəçilik təşkil edir. Qurumun layihələri əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, ilk növbədə xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən – valideyn məhəbbətindən və qayğısından məhrum olan uşaqlara kömək göstərilməsinə yönəlmişdir. Fondun nail olduğu əsas məqsəd isə cəmiyyətin diqqətini mühüm məsələlərə cəlb etməkdir.
Heydər Əliyev Fondunun prezidenti səfirlərin xanımlarının diqqətinə çatdırmışdır ki, Fondun himayəsi altında həyata keçirilən aksiyalar sırasına qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikamızdakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanda, əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi də daxildir.
Azərbaycanın birinci xanımı qeyd etmişdir ki, Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmır.
Mehriban xanım Əliyeva ilə görüşdə səfirlərin xanımları Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirmişlər.
Səfirlərin xanımları Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirmişlər.
Səmimi söhbət çay süfrəsi arxasında davam etmişdir.