Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Brüsseldə Azərbaycan Respublikası adından Krans Montana Forumunun rəsmi naharı olmuşdur

Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 23-də axşam Brüsseldə Azərbaycan Respublikası adından Krans Montana Forumunun rəsmi naharı olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Mehriban xanım Əliyevanı Krans Montana Forumunun prezidenti Jan Pol Karteron qarşıladı.
Rəsmi naharı açan Jan Pol Karteron Azərbaycanın birinci xanımını mərasimdə görməkdən məmnun olduğunu dedi. “Artıq iki gündür ki, Brüsseldə Azərbaycanı kəşf edirik”, - deyən Krans Montana Forumunun prezidenti ölkəmiz ilə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirdi.
Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA mərasimdə çıxış edərək dedi:
-Xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Əvvəlcə mən bu axşam bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirmək istərdim.
Bu iki gün ərzində Azərbaycan Krans Montana Forumunda təmsil olundu. Mən Forumun prezidenti cənab Karterona bu tədbiri təşkil etdiyinə görə xüsusi təşəkkürümü bildirmək istərdim.
Bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. Qısa zaman kəsiyində Azərbaycan müasir və sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsidir və sürətli inkişaf bütün sahələrdə - siyasi, iqtisadi, sosial və mədəni sahələrdə hiss olunur. Bu gün səhər Prezident İlham Əliyev öz çıxışında son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında danışdı. Ölkəmizdə siyasi və iqtisadi islahatlar demokratiya və dünyəvilik ənənələrinə əsaslanır. Bu, əslində 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elan edildiyi vaxtdan etibarən olan ənənədir. Həmin dövrdə Azərbaycan dünyanın bu hissəsində bir çox sahələrdə birinci olmuşdur. İlk dünyəvi qadın məktəbi Azərbaycanda yaradılmış, qadınlara səsvermə hüququ verilmiş, ilk opera və balet səhnəyə qoyulmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşadı və uzun illər ərzində Azərbaycan xalqı müstəqilliyini arzulayırdı. Müxtəlif dövrlərdə imperiyaların bir hissəsi olmağımıza baxmayaraq, biz dilimizi, mədəniyyətimizi, adət-ənənəmizi, özünəməxsusluğumuzu qoruyub saxladıq və 1991-ci ildə müstəqilliyimizi bərpa etdik.
Müstəqil ölkə kimi Azərbaycan bazar iqtisadiyyatı, modernləşmə siyasətini həyata keçirir, qanunun aliliyini təmin edir. Bir neçə ildir ki, Azərbaycan dünyanın ən sürətli iqtisadi inkişaf tempinə malik ölkədir. Bu, bizə ölkəmizi inkişaf etdirməyə, səhiyyə, təhsil və mədəniyyət sahələrinə xüsusi diqqət yetirməklə çox vacib sosial proqramları həyata keçirməyə imkan yaradır. Bütün bunlar həm də Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet sahələridir.
Azərbaycanın Avropa ilə çox güclü münasibətləri vardır. Avropa İttifaqına üzv dövlətlər ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qarşılıqlı fayda və hörmətə əsaslanır. Artıq on ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bizim münasibətlərimiz uğurla inkişaf edir və yeni mərhələyə qədəm qoyur.
Ümidvaram ki, “Şərq tərəfdaşlığı” Proqramı Azərbaycan ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlığa gətirib çıxaracaqdır. Ümid edirəm ki, ölkəmizin dostları kimi sizin hamınız bu əməkdaşlığı dəstəkləyəcəksiniz.
Sonda fürsətdən istifadə edərək sizin hamınızı ölkəmizə dəvət edirəm. Bir daha bu axşam bizimlə olduğunuza görə təşəkkürümü bildirirəm, sizə və ailələrinizə uğurlar arzulayıram.