Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Prezident İlham Əliyev: Status-kvo qəbuledilməzdir və dəyişilməlidir
 
Xüsusilə, Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin “status-kvo qəbuledilməzdir, dəyişilməlidir və münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktı sənədləri əsasında həll edilməlidir” bəyanatı bizi olduqca həvəsləndirdi.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının prezidenti Herman Van Rompey ilə birgə mətbuat konfransındakı bəyanatında demişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsipləri ilə bağlı bu yaxınlarda verdikləri bəyanat həvəsləndiricidir. Xüsusilə, Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin “status-kvo qəbuledilməzdir, dəyişilməlidir və münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktı sənədləri əsasında həll edilməlidir” bəyanatı bizi olduqca həvəsləndirdi. Bu iki prinsip ziddiyyət təşkil etmir. Bizə elə bir saziş lazımdır ki, burada Azərbaycanın ərazi bütövlüyü qorunsun və regionun bütün sakinləri azad və sülh şəraitində yaşasınlar.
Erməni həmkarlarından danışıqlara konstruktiv yanaşma gözlədiyini diqqətə çatdıran Prezident İlham Əliyev ərazilərimizin işğaldan azad olunmasından sonra yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarına qayıtmaları üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini istədiyini bildirmişdir.