Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın Tacikistandakı səfirliyi Silahlı Qüvvələrimizin yaradılmasının 93-cü ildönümü münasibətilə Düşənbədə rus və ingilis dillərində kitabça nəşr etdirmişdir

Ölkəmizin Tacikistandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə Düşənbədə rus və ingilis dillərində “Proşay orujie” skazat seqodnya nevozmojno” kitabçasını nəşr etdirmişdir.
Broşürü ölkəmizin Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov çapa hazırlamışdır.
Kitabçada deyilir ki, ulu öndər Heydər Əliyev 1998-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 80 illik yubileyindəki nitqində dövlət quruculuğunun önəmli sahələrindən biri olan milli ordunun yenidən qurulması və müasir tələblərə uyğun olaraq formalaşdırılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələlərini prioritet vəzifələr kimi səciyyələndirmişdir.
Nəşrdə qeyd edilir ki, bu vəzifə artıq reallığa çevrilmiş, Azərbaycanda güclü milli ordu yaradılmış, müasir tələblərə cavab verən hərbi təhsil sistemi formalaşdırılmışdır. Bu nəhəng işlərin həyata keçirilməsində ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin xidməti ölçüyəgəlməzdir.
Qeyd olunur ki, bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı və ruh yüksəkliyinə, güclü maddi-texniki bazaya malik bir ordudur.