Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Azərbaycan Respublikasının Maliyyə Nazirliyində geniştərkibli kollegiya iclası keçirilmişdir

Kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir və artıq qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır. Dəyişikliyin əsas mahiyyəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması olmuşdur.  Qeyd olunan xərclər üzrə tələb olunan 3193,2 mln. manat həcmində maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilmişdir.

S.Şərifov bildirmişdir ki, cari ildə nazirliyin qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin layihəsinin «Büdcə sistemi haqqında» qanunun tələblərinə uyğun olaraq hazırlanmasıdır. Nazir 2012-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsinə dair Nazirlər Kabinetinin sərəncamını, həmin sərəncama uyğun olaraq Maliyyə Nazirliyinin görəcəyi işlərə və qarşıda duran vəzifələrə dair imzalanmış əmrlə “Tədbirlər Planı” təsdiq etdiyini, 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə gəlirlər və xərclər üzrə dövlət komissiyalarının yaradıldığını qeyd etmişdir.

Bildirilmişdir ki, hər bir gəlir növü üzrə real baza müəyyən edilməli, vergi ödəyiciləri tərəfindən təqdim edilmiş göstəricilər və hesablamalar, qəbul edilmiş dövlət proqramlarında, ərazilərin sosial-iqtisadi inkişaf göstəricilərində nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı ilə bağlı məsələlər, xərc maddələri üzrə hesablamalar aparılarkən əvvəlki illərin hesabat, xərc normativləri, təşkilatların sifarişləri, yerdə olan real vəziyyət tam araşdırılmalıdır. Bir sıra xidmət xərclərinin, o cümlədən elektrik enerjisi, qaz və su haqqı xərclərinin daha real proqnozlaşdırılması və ödəmə intizamı ilə bağlı mövcud problemlərin həllinə diqqət artırılmalıdır.

S.Şərifov 2012-ci il dövlət büdcəsinin və icmal büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanması ilə bağlı da tapşırıqlarını verərək bildirmişdir ki, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlardan büdcə layihələri və digər sənəd və təkliflər avqust ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Kollegiyada Maliyyə Nazirliyinin  fəaliyyətində İKT və avtomatlaşdırılmış idarəetmə sistemlərinin, həmçinin elektron sənəd dövriyyəsi və elektron imza sistemlərinin geniş tətbiqi istiqamətində həyata keçirilən tədbirləri müzakirə edilmiş və qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 2011-ci il 23 may tarixli Fərmanından irəli gələn vəzifələrin icrasına başlanılmışdır. Nazirlikdə elektron sənəd dövriyyəsi və elektron imza sistemi tətbiq edilmiş və hazırda bu sistemlərin daha geniş şəkildə yayılması istiqamətində iş aparılır. Eyni zamanda, elektron xidmətlərin göstərilməsi üçün Nazirliyin rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsinin yaradılması nəzərdə tutulmuşdur ki, bu da vətəndaşlar tərəfindən doldurulmuş ərizə və digər sənədlərin surətlərinin elektron formada qəbulu, bununla bağlı təsdiqetmə bildirişinin göndərilməsini təmin edəcəkdir.

Qeyd olunmuşdur ki, aprel ayından Nazirliyin bir sıra xəzinədarlıq idarələrində xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemi tətbiq edilmiş və sistemin 2011-ci il ərzində daha da genişləndirilməsi qərara alınmışdır.

 Dövlət qulluğunda olmanın yaş həddi ilə bağlı “Dövlət qulluğu haqqında” Qanunda edilmiş dəyişikliklərin tətbiqi barədə məsələlərin müzakirəsi zamanı isə, həmin Qanunun icrası istiqamətində zəruri tədbirlərin görülməsi, Nazirliyin vahid sistemi üzrə müvafiq vəzifə tutan dövlət qulluqçularının yaş həddi ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi və ya çalışma müddətinin uzadılması ilə bağlı məsələlərin araşdırılması Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırılmışdır.

Kollegiyada bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən bir sıra nöqsanlara yol verildiyi qeyd olunmuşdur və bu nöqsanların aradan qaldırılması üçün  qeyd olunmuş rayon,  şəhər maliyyə orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.