Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri etimadnaməsini təqdim etmişdir
 
İyunun 22-də Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Namiq Əliyev etimadnaməsini Moldova Respublikasının Prezidenti vəzifəsini icra edən, parlamentin sədri Marian Lupuya təqdim etmişdir.
Azərbaycanın Moldovadakı səfirliyindən bildirmişlər ki, əvvəlcə səfir fəxri qarovulun önündən keçmiş, əsgərləri salamlamışdır. Sonra Prezidentin iqamətgahında etimadnamənin təqdim edilməsi mərasimi olmuşdur.
Təqdimat mərasimindən sonra Moldova parlamentinin sədri ilə səfir arasında təkbətək görüş olmuşdur.
Səfiri səmimiyyətlə salamlayan M.Lupu ona yeni diplomatik vəzifəsində uğurlar arzulamışdır. M.Lupu İtaliya Respublikasının 150 illik yubileyi tədbirləri zamanı – iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə təəssüratlarını danışmış, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirmişdir. M.Lupu Prezident İlham Əliyev tərəfindən Bakıya dəvət olunduğunu qeyd etmişdir.
Səfir N.Əliyev səmimi söhbət üçün təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin salamlarını M.Lupuya çatdırmışdır. Diplomat Moldova parlamentinin sədrini ad günü münasibətilə təbrik etmişdir.
Səfir Azərbaycan və Moldova arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təmsilçisi olaraq, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səy və bacarığını əsirgəməyəcəyini, qəbul olunmuş razılaşmaların həyata keçirilməsində fəal mövqe tutacağını bildirmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.