Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
MDB üzvü olan ölkələrin dövlət başçıları 1941-1945-ci illərin Böyük Vətən müharibəsinin başlanmasının 70-ci ildönümü ilə əlaqədar birlik ölkələrinin xalqlarına
müraciət qəbul etmişlər
 
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dövlət Başçıları Şurasının məlumatına istinadla xəbər verir ki, Birliyin üzvü olan ölkələrin dövlət başçıları 1941-1945-ci illərin Böyük Vətən müharibəsinin başlanmasının 70-ci ildönümü ilə əlaqədar, Birlik ölkələrinin xalqlarına müraciət qəbul etmişlər.
Müraciətdə qeyd edilir ki, 1941-ci il iyunun 22-də başlanmış müharibə keçmiş Sovet İttifaqı xalqlarının tarixində ən çətin sınaq olmuşdur. Sənəddə deyilir: “Xalqlarımız öz Vətənini müdafiəyə qalxaraq Barens dənizindən Qara dənizə qədər bütün cəbhələrdə məkrli və qəddar düşmənlə mübarizəyə qalxmış, həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl fədakarlıq, dözümlülük və vətənpərvərlik nümunələri göstərmişlər. Onlar bütün çətinliklərə və sınaqlara birgə sinə gərmiş, öz mübarizəsinin haqq işi olmasına qətiyyətlə inanaraq birlikdə düşmənə qalib gəlmişlər”.
Müraciətdə daha sonra deyilir: “Biz qələbənin nəyin bahasına qazanıldığını, xalqlarımızın necə məşəqqətlərə davam gətirməli olmasını xatırlayırıq. O dramatik dövrdən uzaqlaşdıqca öz Vətənini mərdliklə müdafiə edənlər, çox böyük qurbanlar bahasına Avropa xalqlarını nasizm köləliyindən azad etmiş insanlar qarşısında borclu olmağımızı daha güclü hiss edirik”. Sənəddə faşizm üzərində qələbənin qazanılmasında digər dövlətlərin rolu da qeyd edilir: “Biz antihitler koalisiyasının üzvü olan dövlətlərin və faşizmə qarşı mübarizlərin ümumi qələbənin qazanılmasına verdiyi töhfələri və qurbanları heç vaxt unutmayacağıq.
Müraciətdə vurğulanır ki, Böyük Vətən müharibəsinin başlanmasının 70-ci ildönümü hamımıza bir daha xatırladır ki, belə hallar heç vaxt təkrarlanmamalıdır və hər bir təcavüzkar hökmən ədalətli cəzasını alacaqdır. Müraciətin müəllifləri bu müharibə haqqında, onun faciəli başlanğıcı və qələbə ilə başa çatması haqqında tarixi həqiqəti sonrakı nəsillərə çatdırmağı vacib hesab edirlər. Dövlət başçılarının yekdil fikrinə görə, böyük qələbə keçmiş ittifaqın üzvü olan ölkələrin xalqlarını birləşdirən mühüm tarixi hadisələrdən biri, dostluq, qardaşlıq və mehriban qonşuluq idealları ruhunda tərbiyə olunmuş bütün müharibədən sonrakı nəsillər üçün ən mühüm mənəvi dəyər, əxlaqi oriyentirdir.
MDB ölkələrinin dövlət başçıları eyni zamanda beynəlxalq birlikləri müharibələrsiz, münaqişə və zorakılıqlardan azad, bütün xalqların və dövlətlərin firavanlığı və tərəqqisi naminə BMT nizamnaməsində təsbit olunmuş nəcib məqsədlər və prinsiplər əsasında dünya qurmaq üçün qüvvə və səylərini birləşdirməyə çağırırlar.