Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Ombudsmanların Beynəlxalq konfransında Bakı bəyannaməsi qəbul edilmişdir
 
Iyunun 18-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən keçirilən “Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusuna həsr edilmiş ombudsmanların IX Bakı Beynəlxalq konfransı başa çatmışdır. Konfransda Bakı bəyannaməsi qəbul edilmişdir.
Bəyannamədə miqrantların, milli azlıqların, həmçinin qaçqınların və ölkədaxili məcburi köçkünlərin hüquqlarının etibarlı təmin edilməsi məqsədi ilə universal, regional və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, əməkçilərin beynəlxalq miqrasiyası üçün normal, ədalətli və humanist şərtlərin müəyyən edilməsi, miqrantların və milli azlıqların hüquqlarının səmərəli təmini sahəsində milli qanunvericilik aktlarının qəbul edilməsi, mədəni hüquqların səmərəli təmin edilməsi və digər problemlərin həlli məsələləri əks olunmuşdur.