Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
BSANNA-nın Bakı toplantısı milli agentliklər arasında əməkdaşlığın
inkişafına yeni impuls verəcəkdir

Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının – BSANNA-nın V Baş Assambleyasında iştirak edən Ukraynanın “Ukrinform” Milli İnformasiya Agentliyinin beynəlxalq informasiya layihələri və xarici müxbir şəbəkəsinin işinin əlaqələndirilməsi şöbəsinin müdiri Yaroslav Dovqopol AzərTAc-a müsahibə vermişdir.
Bakı toplantısının işini yüksək qiymətləndirən Y.Dovqopol müasir çağırışlara layiqli cavab vermək üçün BSANNA kimi regional birliklərin fəaliyyətinin əhəmiyyətini qeyd etmişdir. Onun sözlərinə görə, çağdaş dünyamızda gündən-günə inkişaf edən kommunikasiya texnologiyaları, eyni zamanda, informasiya piratçılığının artmasına səbəb olmuşdur. BSANNA-ya üzv agentliklər belə həmlələrin qarşısını birgə səylərlə almalıdırlar.
Qonaq V Baş Assambleyanın milli agentliklər arasında əməkdaşlığın inkişafına yeni impuls verəcəyini vurğulamışdır.
“AzərTAc-ın BSANNA-ya rəhbərliyi dövründə nə dəyişəcəkdir” sualına isə qonaq yeni əlaqələr qurmaq baxımından AzərTAc-dan çox işlər gözlədiklərini bildirərək demişdir: “Mən əminəm ki, bizi qarşıda çox yeniliklər gözləyir və onlar Azərbaycan ilə Ukrayna arasındakı məsafələri qısaldacaqdır. Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyası Ukrinform və AzərTAc-ın əməkdaşlığının möhkəmləndirilməsi barədə üzərimizə konkret vəzifələr qoymuşdur. Düşünürəm ki, AzəTAc-ın BSANNA-ya rəhbərliyi dövründə bu istiqamətdə mühüm irəliləyişlər olacaqdır”.