Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Dövlət Sərhəd Xidmətinin Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində Milli Qurtuluş Günü münasibətilə tən­tənəli mərasim keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin (DSX) Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində müstəqillik tariximizə Azərbaycan xalqının yenilməzliyinin rəmzi kimi həkk olunmuş Milli Qurtuluş Günü münasibətilə tən­tənəli mərasim keçirilmişdir.
DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, Dövlət Sərhəd Xidmə­tinin rəisi - Sərhəd Qoşunlarının Ko­man­danı, general-leytenant Elçin Quli­yev çıxış edərək milli dövlətçilik tən­tənəsinin 18-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik et­mişdir.
Qeyd olunmuşdur ki, bayram tədbirinin Dövlət Sərhəd Xidmətinin yeni inşa olunmuş 264 mənzilli yaşayış binaları kom­pleksinin qarşısında təşkil olunmasının böyük rəmzi əhəmiyyəti var­dır. Çünki dövlət sərhədində dövlət maraqlarının müdafiə olunma­sı, sərhədboyu ərazilərdə qanunçuluğun təmin edilməsi üzrə işlə­rin başlanğıc nöqtəsi dahi öndər Heydər Əliyevin dövlətçiliyi­mizin xilaskarı missiyasını uğurla gerçəkləşdirdiyi 1993-cü ilin 15 iyun tarixi - Milli Qurtuluş Günüdür. Həmin taleyüklü hadisələri daim xatırlamaq və ulu ğndərin fəaliyyətini əsl vətəndaşlıq nümunəsi kimi nəsillərin yaddaşında yaşatmaq hər birimizin borcudur.
Tədbirdə 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış ictimai-siyasi vəziyyətə, baş verən hadisələrə qısa nəzər salınmış və qeyd edilmişdir ki, əgər 1993-cü ilin 15 iyununda xalqımızın istəyi və tələbi ilə müd­rik şəxsiyyətin, təcrübəli və iradəli dövlət xadiminin hakimiy­yətə qayıdışı gerçəkləşmə­səydi, heç şübhəsiz ki, indi müstəqil, qüd­rətli, yeniləşən və demok­ratikləşən Azərbaycan dövləti mövcud deyil­di. Mürəkkəb, çətin, ziddiyyətli proseslərin cərəyan etdiyi ağır günlərdə ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıtması müstəqilliyimizi məhv olmaqdan xilas etdi. Bu, sözün əsl mənasında, böyük və­təndaşlıq hünəri idi. Heç də təsadüfi deyildir ki, 1997-ci il iyunun 27-də Milli Məclis xalqın bütün təbəqə­lərinin istək və arzularını nəzərə alaraq 1993-cü il 15 iyun tarixini Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirdi və həmin günü “Milli Qurtuluş Günü” elan etdi. Bu gün azad və firavan yaşayan xalqımız öz nicatına və tərəqqisinə görə ümummilli lider Heydər Əliyevə minnətdardır.
Bayram tədbirində xüsusi olaraq vurğulanmışdır ki, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Sərhəd Mühafizəsinin təşkili və formalaşmasında əsaslı islahatların keçirilməsi mümkün olmuş­dur. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli sər­həd siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçiril­məsi mühüm xidməti nailiyyətlərin əldə olunması imkanını yarat­mışdır. XX əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçmiş, müasir silah və texnika ilə təchiz edilmiş, mobil, qarşıya qoyulan tapşırıqları yük­sək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə etmiş­dir. Vətənpərvər, Azərbaycan Prezidentinə və milli dövlətçiliyə sadiq hərbi kollektivin formalaşdığı Dövlət Sərhəd Xidməti öz inkişaf səviyyəsinə görə Avropa miqyasında lider möv­qeləri fəth etməyə nail olmuşdur. Dövlət sərhədində və hərbi hissələrdə həyata keçirilmiş bö­yük miqyaslı tikinti-quruculuq işləri sayəsində müasir sərhəd mü­hafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin daha etibarlı mühafizəsi təmin olunmuşdur. Son illərdə Horadiz, Göytəpə, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizon kompleksləri, Sahil Mühafizəsinin yeni bazası, Akademiya, “Sərhədçi” İdman-Olimpiya və istirahət mərkəzləri, hərbi anbarlar, aviasiya dəstəsi, Cəlilabad rayonunda vahid tədris mərkəzi, atçılıq mərkəzi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzi, yüzlərlə sərhəd məntəqəsi və digər xidməti obyektlər istifadəyə verilmişdir. Son 5 il ərzində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 910, o cümlədən təkcə Bakı şəhərində 492 xidməti mənzil inşa edilmişdir. Azərbaycan Preziden­ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Nərimanov rayonunda yaradılmış yaşayış kompleksi sərhədçilərin mənzil-məişət şaraitinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısının yeni ifadəsidir.
Tədbir iştirakçıları mayın 19-da Prezident, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin yaşayış kom­pleksinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli məra­simdə iştirakını böyük qürur hissi ilə qeyd etmişlər. Bu tarixi hadi­sənin sərhədə və sərhədçiyə göstərilən qay­ğının yeni təzahürü olduğu vurğulanmış, qeyd edilmişdir ki, Prezidentin sərhədçilərlə hər bir görüşü ölkəmizin sərhəd mühafizəsi salnaməsinin parlaq səhifəsidir.
Kompleksdə sər­hədçilər üçün bütün şərait yaradılmışdır. Burada iki və üçotaqlı mənzillərdən ibarət 12 mərtəbəli 264 mənzilli yaşayış binası, uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol mey­dan­­çaları, avtomobil dayanacağı və isti­rahət parkı vardır. Kompleks yan­ğınsöndürmə, işıqlandırma, suvar­ma sistem­ləri ilə təchiz olunmuşdur. Ərazidə abad­laşdırma və yaşıl­laşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir.
Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qo­şunlarının Komandanı, general-leytenant Elçin Quliyev yeni mən­zillərin orderlərini sərhədçilərə təqdim etmişdir.
Mərasim Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkes­trinin ifa etdiyi musiqi sədaları altında furşetlə davam etdirilmişdir.