Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Heç vaxt unudulmayacaq şərəfli tarixi gün
 
15 İyun - Milli Qurtuluş Günü Balakən rayonunda silsilə tədbirlərlə geniş qeyd olunmuşdur.
Əlamətdar bayram münasibətilə iyunun 14-də Balakən şəhərindəki “Qubek” hotelinin konfrans zalında Milli Məclisin üzvləri, rayon rəhbərliyi, ziyalılar, elm adamları və ictimaiyyət nümayəndələrinin iştirakilə təntənəli yığıncaq keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və qonaqlar ümummilli liderin dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüşlər.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev tədbir iştirakçılarını Azərbaycan xalqının əziz bayramı - 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, belə bir mötəbər tədbirin keçirilməsində yaxından iştirak etdiklərinə görə Milli Məclisin üzvlərinə, elm adamlarına və digər qonaqlara balakənlilər adından minnətdarlığını bildirmişdir. 1997-ci ildən başlayaraq ölkəmizdə iyunun 15-nin Milli Qurtuluş Günü kimi qeyd edildiyini nəzərə çarpdıran icra başçısı heç vaxt unudulmayacaq bu şərəfli tarixi günün həm də ulu öndərin hakimiyyətə qayıdışı, Vətənimizin və xalqımızın qurtuluş, qəhrəmanlıq günü olduğunu xüsusi vurğulamışdır. Natiq bildirmişdir ki, 1993-cü ilin iyun hadisələrindən sonra ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı, hadisələrə öz qiymətini verməsi, vətəndaş müharibəsinin qarşısını alması, Azərbaycanı parçalanmaqdan xilas etməsi xalqın arzusu idi. Xalqımız bu çətin vəzifəni yerinə yetirə biləcək, bu ağırlığı öz çiyinlərində daşıyacaq, Vətəni bəlalardan qurtaracaq milli liderini düzgün seçdi. Çünki hamı yaxşı başa düşürdü ki, Heydər Əliyevdən başqa heç kim həmin hadisələrin real qiymətini verməyə, qarşı-qarşıya duran qüvvələri bir araya gətirməyə, xalqı öz ardınca aparmağa, silahlı qruplaşmaların qarşısını almağa qadir deyil. Bu, böyük qayıdış, xalqın ümidlərinin bərpası, müstəqil Azərbaycanın yenidən buxovlanmaq təhlükəsindən qurtuluşu idi.
Təntənəli yığıncaqda AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, AMEA-nın vitse-prezidenti Arif Həşimov, Milli Məclisin üzvləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Rəfail Cəbrayılov, habelə Balakən rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev və digər natiqlər çıxış edərək 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikanın ictimai-siyasi həyatında baş verən prosesləri bir daha xatırlamış, təhlil etmiş, məhz ümummilli liderimizin qətiyyəti və müdrikliyi sayəsində ölkəmizdə siyasi sabitliyin bərqərar olduğunu diqqətə çatdırmışlar. Natiqlər ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ulu öndərlə bağlı xatirələrini bölüşmüşlər. Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini önə çəkən natiqlər bu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışlar.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsalı olan “Tariximizin izi ilə… Yaqub Mahmudov” sənədli televiziya filminin təqdimat mərasimi keçirilmişdir. Film barədə ssenari müəllifi Yaqub Əlioğlu məlumat vermişdir. Xatırladaq ki, bu ekran əsəri AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun həyatı, elmi və ictimai fəaliyyətinə həsr olunmuşdur.
Filmin nümayişindən sonra tədbir iştirakçıları film haqqında təəssüratlarını bildirmişlər.