Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Son bir ayda SAM-ın dəstəyi ilə müxtəlif ölkələrdə Azərbaycanın regional siyasətdə yerindən bəhs edən üç yeni kitab nəşr olunmuşdur

Son bir ayda ABŞ, Fransa və Türkiyədə Azərbaycanın regional siyasətdə yeri, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz dövlətlərinin tarixi, siyasəti, təhlükəsizliyi, geosiyasəti və xalqlarına həsr olunmuş üç yeni kitab işıq üzü görmüşdür.
Bu silsilədən birinci kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və maddi dəstəyi ilə Türkiyədə nəşr olunmuşdur.
SAM-dan bildirmişlər ki, “Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji” adlanan həmin kitab bu bölgənin dövlətlərinin müstəqilliklərinin bərpasının 20 illiyinə həsr edilmişdir. Nəşrdə Cənubi Qafqaz dövlətlərinin siyasi, təhlükəsizlik və enerji əlaqələri araşdırılaraq gələcəkdə ehtimal olunan inkişaf ssenariləri oxuculara təqdim edilir. Kitabda Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nazim Cəfərsoy, SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev, uzun illər Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzində çalışmış Kamil Ağacan, İstanbul Kadir Has Universitetinin dosenti Mitat Çelikpala, Bilkent Universitetinin müəllimi Necdət Pamir, Abant İzzet Baysal Universitetinin beynəlxalq əlaqələr bölməsinin rəhbəri Kamer Kasım, Qafqaz SAM-ın rəhbəri Araz Aslanlı, TÜRKSAM-ın rəhbəri Sinan Oğan, Kırıkkale Universitetinin müəllimi Şenol Kantarcı və Kadir Has Universitetinin rektoru Mustafa Aydın kimi beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssislərin məqalələri yer almışdır.
Fransanın məşhur “L’Harmattan” nəşriyyatının “Diplomatiya və strategiya” kolleksiyasında nəşr edilmiş ikinci kitab Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müəllimi Fazil Zeynalovun “Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış” adlanır. Bu kitab Fransada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv araşdırmaya söykənən ilk nəşrdir.
Müəllif bu kitabında Dağlıq Qarabağın tarixini qədim alban tarixşünaslığının əsas mənbələri, orta əsr ərəb mənbələri, XIX-XX əsr rus şərqşünaslığının aparıcı simalarının, görkəmli Azərbaycan tarixçilərinin əsərləri əsasında ətraflı araşdırmışdır. Qafqaz Albaniyasının əyalətlərindən biri olan “Arsax”ın (Qarabağ) etnosiyasi cəhətdən Azərbaycanın ayrılmaz hissəsi olduğu və onun erməniləşdirilməsinin obyektiv səbəblərə söykənmədiyi konkret dəlillərlə isbat edilir. Müəllif nüfuzlu mənbələrə istinadla göstərir ki, “Arsax”ın yerli əhalisini Qafqaz albanları təşkil etmişlər. Sonradan ermənilərin lehinə dəyişmiş etnik balans isə XIX əsrin əvvəllərində rus imperiyasının regional dayaqlarının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirdiyi köçürmə siyasəti nəticəsində formalaşmışdır. Bu siyasətin nəticəsində uzun müddət qarşılıqlı anlaşma mühitində yaşayan azərbaycanlılar və ermənilər arasında etnik nifaq alovlanmışdır. 1905 və 1918-ci illərdə bu xalqlar arasında yaranan münaqişələrin kökündə də məhz bu amillər dayanır.
Kitabda münaqişə tərəflərinin dəlilləri müəllif tərəfindən müqayisəli şəkildə geniş təhlil edilmiş və onların hüquqi və tarixi aspektlərinə aydınlıq gətirilmişdir. 1919-cu il avqustun 15-də Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq şərtlərini qəbul etməsi və 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycan SSR-in tərkibində muxtariyyət statusunun verilməsi kontekstləri geniş tədqiq edilmişdir. Müəllif 1991-ci ildən sonra baş verən prosesləri siyasi və hüquqi müstəvidə araşdırmış, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərarası xarakterini, Dağlıq Qarabağ ermənilərinin separatçılıq hərəkatının təbiətini təhlil etmişdir. Hazırda bu kitab ingilis və rus dillərinə tərcümə olunur.
Bu silsilədən üçüncü nəşr STRATFOR Özəl Elmi Korporasiyasının Cənubi Qafqaz dövlətlərinin tarixinə, siyasətinə, təhlükəsizliyinə, geosiyasətinə və xalqlarına həsr etdiyi “Millətlərin ağır sınaqları: Qafqazın geosiyasəti” adlı kitabdır. Kitabın müəllifləri STRATFOR-un vitse-prezidenti Pitr Zeyxan və Avrasiya məsələləri üzrə eksperti Loren Qudriçdir. Kitabda tarix boyu Qafqazın imperiyalar və yerli millətlər arasında bir savaş meydanı olduğu göstərilir və qeyd edilir ki, bu kimi geosiyasi durumlarda yerli xalqlar imperiyalarla və qonşu dövlətlərlə daim balans axtarışında olmuşlar. XXI əsrdə imperiyalar dövlətlərə, yerli xalqlar isə azad olaraq özlərinin müstəqil respublikalarını yaratmışlar. Lakin bütün bunlara baxmayaraq, Qafqaz yenə də keçmiş imperiyaların varislərinin və xarici “oyunçuların” maraq dairəsində mühüm yer tutur.
Kitabda Qafqazın necə mürəkkəb bir regiona çevrilməsinin tarixçəsi, rus, türk və fars imperiyalarının yüksəliş və çökməsinin regiona, keçmişdə baş verən hadisələrin bugünkü gerçəkliklərə təsiri öz əksini tapmışdır.