Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan xalqının Milli Qurtuluş Günü ədliyyə qurumlarında geniş qeyd olunmuşdur

Azərbaycan xalqının əlamətdar bayramlarından olan Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstə-qilliyinin qorunub möhkəmləndiril-məsində, beynəlxalq aləmə inteqrasiyasında müstəsna xidmətləri kimi qiymətləndirilərək, hər il geniş qeyd olunur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bayram münasibətilə nazirliyin rəhbər işçiləri iyunun 14-də Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndərin xatirəsinə sonsuz ehtiramlarını bildirmiş, abidəsi önünə əklil qoymuşlar.
Sonra ümummilli liderin nazirlikdəki büstü önünə tər çiçəklər düzülmüş, əziz və işıqlı xatirəsi yad edilmişdir.
Tədbir iştirakçıları Heydər Əliyev muzeyində ulu öndərin həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, fotoşəkillər və yeni nəşrlərlə tanış olmuş, maraqlı ekspozisiyalara baxmış, dahi öndərə həsr olunmuş yeni filmi izləmişlər.
Milli Qurtuluş Günü nazirliyin bütün struktur qurumlarında geniş qeyd edilmişdir.
Tədbirlərdə ədliyyə naziri Fikrət Məmmədov və digər məsul işçilər çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin güclü idarəçilik bacarığı, xilaskarlıq missiyası, titanik fəaliyyəti haqqında ətraflı bəhs etmiş, əbədiyaşar liderin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışlar.
Ədliyyə işçiləri xalqımızın tarixinə, milli dövlətçilik salnaməsinə öz şərəfli imzasını atan dahi öndər Heydər Əliyevin yaratdığı və əbədi həyat verdiyi müstəqil Azərbaycanın hərtərəfli tərəqqisi, çiçəklənməsi və daha da qüdrətlənməsi naminə yeni-yeni uğurların qazanılmasında əllərindən gələni əsirgəməyəcəklərini, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi müasir, irimiqyaslı islahatlarda ölkəmizin başçısına layiqli yardımçı olmaq üçün əzmkarlıqla çalışacaqlarını bildirmişlər.