Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Daşkəsəndə bayraq meydanının açılışı olmuşdur

Milli Qurtuluş Günü ərəfəsində Daşkəsəndə bayraq meydanının açılışı olmuşdur.
Bayraq meydanı təxminən 2 hektar ərazini əhatə edir. Burada əhalinin dincəlməsi üçün hər bir şərait yaradılmışdır. Çay evi, kafe, avtodayanacaq, bulaq kompleksi inşa edilmişdir.
Bu münasibətlə keçirilən təntənəli mərasimə yüzlərlə daşkəsənli toplaşmışdı. Gənclərin meydana gətirdiyi üçrəngli Azərbaycan bayrağı Dövlət Himninin sədaları altında qaldırılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək 15 iyun - Milli Qurtuluş Günü münasibətilə rayon sakinlərini təbrik etmiş və ötən 18 il ərzində qazanılan uğurlardan danışmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan vətəndaşı olan hər kəs qürur hissi keçirir. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos və özbaşınalığa ulu öndərin uzaqgörən siyasəti nəticəsində son qoyulmuş, onun gərgin əməyi sayəsində Azərbaycan xalqı ağ günlərə qovuşmuşdur.
Sonra meydan rayonun incəsənət ustalarının ixtiyarına verilmişdir. Onlar maraqlı proqramla mərasimə xoş ovqat bəxş etmişlər.

X X X

Həmin gün rayonun Xoşbulaq kəndinin sakinləri üçün də əlamətdar olmuşdur. İlk dəfə olaraq kəndə mavi yanacaq verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə bildirilmişdir ki, burada quraşdırılmış qazpaylayıcı stansiya ərazidə yerləşən 11 kəndin qazla təminatına imkan verəcəkdir. Ancaq ilkin mərhələdə sayğac quraşdırılmış 90 mənzil mavi yanacaqla təmin ediləcəkdir.
Sonra kəndə qazın gəlişini bildirən rəmzi məşəl alovlandırılmış və bir neçə evdə onun təzyiqi nəzarətdən keçirilmişdir. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmiişlər.