Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Kürdəmirdə Milli Qurtuluş gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir

Milli Qurtuluş Günü münasibətilə Kürdəmirdə elmi-praktiki konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin parkında ulu öndərin abidəsi önünə tər çiçəklər qoymuşlar.
Rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Kürdəmir” şadlıq sarayında “15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda keçirilən tədbirdə müdrik siyasətçinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Sevdim Azərbaycanı” adlı sənədli film göstərilmişdir.
“Azərbaycan xalqının taleyində dönüş dövrü”, “Böyük xilaskarlıq missiyası”, “Müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edən qüdrətli lider”, “Milli Qurtuluş - tarixin qızıl yaddaşına yazılan gün”, “Tarixi qayıdış və xalqın qurtuluşu”, “Müstəqilliyimizin təminatçısı” məruzələri dinlənilmişdir. Natiqlər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasını Azərbaycanın dağılmaqdan, məhv olmaqdan xilasının yeganə yolu kimi dəyərləndirmişlər. Göstərmişlər ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Ulu öndər erməni təcavüzünün davam etdiyi, ölkənin vətəndaş müharibəsi həddində olduğu bir vaxtda bütün qüvvəsini, bilik və təcrübəsini sərf edərək qısa müddətdə Azərbaycanda sosial-iqtisadi, siyasi və mədəni inkişafın əsaslandırılmış proqramını hazırlayıb əzmlə həyata keçirməyə başladı. Tezliklə ölkədə ictimai-siyasi sabitliyi bərqərar edən ümummilli lider tezliklə Avratlantik məkana inteqrasiyaya, paralel olaraq ölkədə qanunvericilik bazasının möhkəmləndirilməsinə, insanların hüquq və azadlıqlarının qorunmasına imkan verən hüquqi bazanın yaradılmasına nail oldu. Bu gün Azərbaycanın regionun ən sürətlə inkişaf edən ölkəsinə çevrilməsində ulu öndərimiz tərəfindən reallaşdırılan neft strategiyasının da xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran natiqlər bu sahədə Heydər Əliyev məktəbinin yetirməsi Prezident İlham Əliyevin gördüyü işlərdən, qeyri-neft sektorunun inkişaf sürətindən bəhs etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov yekun konfransı yekunlaşdıraraq ulu öndərimiz Heydər Əliyevin öz xalqı qarşısında tarixi xidmətlərini bir daha xatırlatmışdır. Vurğulamışdır ki, bu gün ölkəmizin hər bir vətəndaşı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın öz nailiyyətlərini, milli adət-ənənələrini bütün dünyaya nümayiş etdirməklə işıqlı sabaha doğru qətiyyətlə irəliləməsi ilə fəxr edə bilər.
Tədbir mərkəzi meydanda böyük bayram konserti ilə davam etmişdir.