Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının – BSANNA-nın V Baş Assambleyası keçirilir

İyunun 13-də Bakıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin - təşkilatçılığı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının – BSANNA-nın V Baş Assambleyası işə başlamışdır. Assambleyada üzv ölkələrin milli informasiya agentliklərinin daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, xəbər istehsalında yeni texnologiyalardan istifadə edilməsi ilə bağlı məsələlər müzakirə olunur.
“İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə” mövzusunda keçirilən Assambleyada üzv ölkələrin - Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Bolqarıstan, Rumıniya, Yunanıstan və Makedoniya Respublikasının milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan baş direktoru Aslan Aslanov BSANNA-nın növbəti - V Baş Assambleyasının Bakıda keçirilməsinin bu təşkilatdakı fəaliyyətinə verilən yüksək qiymət və agentliyə göstərilən etimad kimi dəyərləndirmişdir. Baş direktor bildirmişdir ki, BSANNA 2006-cı ildə Kiyevdə keçirilən təsis konfransında yaranmışdır və AzərTAc BSANNA-nın təsisçilərindən biridir. Hazırda bu nüfuzlu mediaquruma sədrlik Gürcüstanın GeoHotNews agentliyindən AzərTAc-a keçəcəkdir.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, BSANNA bu təşkilata üzv olan ölkələrin siyasi, iqtisadi, mədəni, ictimai həyatında baş verən hadisələrin işıqlandırılmasında böyük rol oynayır. Bu təşkilat Qara dəniz ölkələrinin informasiya resurslarından səmərəli istifadə edilməsi üçün həmin dövlətlərin milli informasiya agentliklərinin səylərini birləşdirən bir qurumdur.
Gürcüstanın GeoHotNews Agentliyinin baş direktoru, BSANNA-nın prezidenti Qoça Mirtsxulava çıxışında təşkilatın işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürmüşdür. Bu sırada BSANNA-nın veb-resursunun texniki imkanlarının artırılması, təşkilat üzvlərinin bu sayta administrativ çıxışının təminatı və digər təkliflər vardır. Assambleya işini davam etdirir.