Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Elmi dərəcəsi olan pensiyaçılara əlavə pul ödəniləcəkdir
 
Ali təhsil, elmi-tədqiqat müəssisələrində çalışan və elmi dərəcəsi olan pensiyaçılara əlavə pul ödəniləcəkdir.
Milli Məclisin iyunun 10-da keçirilmiş növbədənkənar sessiyasında bununla əlaqədar olaraq “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilmişdir.
Parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirmişdir ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş bu qanun uzun müddət ali təhsil və elmi-tədqiqat müəssisələrində çalışmış alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Dəyişiklikdə deyilir: “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının (Əmək Məcəlləsinin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır”.
Parlamentdə keçirilən müzakirələr zamanı bildirilmişdir ki, hazırda elmi dərəcəsi olan 10723 nəfər vardır. Onlardan 1827 nəfəri elmlər doktoru, 8896 nəfəri elmlər namizədidir. Bu alimlərdən 5910 nəfər pensiya yaşındadır və onların da 1460-ı elmlər doktoru, 4460-ı isə elmlər namizədidir. Artımdan sonra, onların alacaqları pensiya əmək haqlarının 80 faizinə bərabər olacaqdır.