Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Milli Məclis Əmək Məcəlləsinə dəyişikliklər etmişdir
 
Milli Məclisin növbədənkənar sessiyasında Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir.
Parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, qüvvədə olan qanunla dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yuxarı həddi 65 yaş müəyyənləşdirilmişdir. Deputatların və mütəxəssislərin fikrincə, elmi-tədqiqat institutlarında və ali məktəblərdə 65 yaş senzinin tətbiqi müəyyən problemlər yarada bilər. Odur ki, Əmək Məcəlləsinə yenidən dəyişiklik edilir və həmin müddəa yeni redaksiyada verilir.
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə deyilir: “Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat müəssisələrində çalışanlara şamil edilmir”.
Dəyişiklik səs çoxluğu ilə təsdiq olunmuşdur.