Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Deyir qulaq gündə bir söz eşitməsə kar olar. Odur ki, mən də həftəsonu başıma gələn maraqlı bir əhvalatı sizə danışmaq qərarına gəldim. Hə onu da qeyd edim ki, bu vəziyyət mənə qısametrajlı bir rus filmini xatırlatdı. Həmin filmdə oğlan parkdakı skamyalardan birində oturub sevgilisini gözləyir, əvəzində isə qız yox, qoca bir kişi ona yaxınlaşıb yanında oturmaq üçün icazə istəyir. Ardını baxanlar bilir. Nəysə keçirəm mətləbə.

Cümə günü idi. “Malakan” bağında oturub qız dostumu gözləyirdim. Elə bu dəm, bir rus “babulyası” mənə yaxınlaşaraq yanımda oturmaq üçün icazə istədi və mən əlbəttə ki, qarşılığında “ayıb söhbətdi, buyurun əyləşin” söylədim. Üstündən 10 dəqiqə keçməmiş nənə mənimlə söhbət etməyə başladı. Əvvəlcə həftənin hansı günü olduğunu soruşdu, daha sonra Bakının çox dəyişdiyini diqqətimə çatdırdı və tədricən insanlarımızın qonaqpərvərliyinə, daha sonra ümumiyyətlə dünyada keçmişdə və bu gün baş verən hadisələrə toxundu.


Söhbət əsnasında məlum oldu ki, Lüdmila adlı hardasa 65-70 yaşlarında olan bu xanım Rusiyandan bir həftəlik Azərbaycana - qohumlarıgilə istirahət etməyə gəlib. Söhbət etdikcə bu xanımın öncədən görən olduğunu da öyrəndim. Nəysə, bir qədər söhbətləşdikdən sonra nənə mənə gözləmədiyim halda, kişilərin heç də xoşuna gəlməyən bir kompliment “hədiyyə etdi”:


- Sənin nə qəşəng əllərin var. Pianoçusan?


- Bəli nənəcan pianoçuyam (amma əslində bu belə deyildi).


Bir az sonra,


- Ver əllərini mənə.


- Yox ay nənə, camaat baxır, nə deyərlər (ətrafdakı insanlar maraqla gözlərini bizə zilləmişdilər)


- Dedim ki, ver. Mən öncəgörənəm. Hələ o vaxtı Çernobıl hadisəsi baş verməmişdən bu barədə xəbər vermişdim. Buna görə məni Təhlükəsizlik Komitəsinə çağırmışdılar.


Nəysə bu yaşlı xanım o qədər ürəklə israr etdi ki, məcburiyyət qarşısında qalaraq bir əlimi ona uzatdım. Və o başladı əlimin içinə baxaraq mənim gələcəyim haqqında məlumatlar verməyə. Düzdü “hər şeyin ən doğrusunu bilən Allahdır!” kəlməsini qəlbimdə şüar etsəm də və belə şeylərə inanmasam da, maraq üçün qulaq asmağa başladım. Qısaca deyim ki, o ilk olaraq mənim şəxsi həyatımla bağlı məsələlərə toxundu. Dedi ki, bu ilin sonu, gələn ilin əvvəlində evlənəcəyəm, gözəl ailə başçısı olacağam və sizlər üçün o qədər də maraqlı olmayan daha nələr-nələr... Lakin bu məqaləni yazmaqda məqsədim, xanımın sizin üçün də maraqlı olacaq sözlər söyləməsiydi. Nənə mənə sualın varmı deyəndə, prezidentlərin Kazan görüşü öncəsi olduğundan ağlıma ilk olaraq “acı bağırsaq kimi uzanan” Qarabağ problemi gəldi. Və soruşdum:


- Ay nənə, de görüm bu Dağlıq Qarabağ münaqişəsi nəhayət nə zaman öz həllini tapacaq?


- Birincisi deyim ki, Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Siz heç narahat olmayın. Münaqişə öz həllini tapacaq. Siz ermənilərlə bacı-qardaş kimi barışacaqsınız, (Allah iraq eləsin - red) aranızda əvvəlki kimi sülh olacaq və...Qiyamət qopacaq, dünya dağılacaq, Avropa yer üzündən silinəcək, Amerikanı su basacaq və daha nələr-nələr...


Lüdmila xanımın bu cavabı, bu sözlərə nə qədər inamım olmasa da, məndə məyusluq hissi oyatdı, dizlərim vuruldu, qanım qaraldı və mən suyum süzülə-süzülə ona təcili getməliyəm deyərək Malakanı tərk etdim.


Nə üçün məyus oldum? Çünki Lüdmila xanımın dediklərindən belə çıxdı ki, Qarabağ problemi Qiyamət günü həll olunacaq. Mənsə o günün hələ çox uzaqda olduğunu düşünürəm. Bu səbəbdən dərindən bir ah çəkdim. İndi mənim bir arzum var: Allah Qarabağı bizə çox görməsin!