Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Bakı və İrəvan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün real şansa malikdir və Rusiya vasitəçi kimi bu şansın istifadə edilməsi üçün əlindən gələni əsirgəməyəcək. Bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan edib.

“Beynəlxalq ictimaiyyətin səyləri nəticəsində indi ciddi razılaşmalar əldə etmək üçün şanslar var və Rusiya bu şansın istifadə edilməsi üçün əlindən gələni əsirgəməyəcək”, - deyə səfir çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.

Rusiya diplomatı qeyd edib ki, son illər ərzində Qarabağla bağlı aparılan danışıqlar prosesində həm ümidverici, həm də məyus edən məqamlar olub. İndi isə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun sonunda Kazanda keçiriləcək görüşü ərəfəsində gözləntilər ümidvericidir. “İndi ümid anıdır. Danışıqların intensivləşdirilməsi faktının özü bir çox şeylərdən xəbər verir”, - deyə V.Doroxin vurğulayıb.

“Təmiz vicdanla deyə bilərəm ki, biz “Rusiya münaqişənin həll edilməsi üçün vasitəçi kimi əlindən gələn hər şeyi edir” dedikdə, kələk gəlmirik”, - deyə səfir əlavə edib.

Onun sözlərinə görə, həmsədr ölkələrdən yalnız Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları ən yüksək səviyyədə aparır. “Bu da təsadüfi deyil, çünki Rusiya, Azərbaycan və Ermənistan bir ölkədən çıxıb və ən yaxın qonşudurlar”, - deyə o vurğulayıb.

Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibədə Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də onun ətrafında olan Azərbaycanın 7 rayonunu işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və onun ətrafındakı rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi haqqında dörd qətnamə çıxarıb. Hazırda tərəflər arasında ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.

Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini bir araya gətirməyə çalışırlar: ərazi bütövlüyü (Bakının əsaslandığı) və xalqların öz müqəddəratını təyin etmə hüququ (İrəvanın yanaşması).