Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Bu gün Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransı öz işinə başlayıb. Konfransda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanin bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbediciliyi, habelə Azərbaycanda kəşfiyyat və hasilatin inkişaf istiqamətləri müzakirə edilir.

Birləşmiş Ştatların Avrrasiya məsələri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar konfransda çıxış edərək, Obama administrasiyasının Xəzər regionu və Avropanın cənub-şərq sərhədlərindən kənarda yerləşən mənbələrdən Türkiyə vasitəsiylə Avropaya qazın ixracını nəzərdə tutan Cənub dəhlizi marşrutunu dəstəklədiyini bildirib.


"Azərbaycan dəniz sahilində yerləşir Dəniz yatağından çıxan qaz bu dəhliz üçün ilk əhəmiyyətli qaz mənbəyi olacaq. "Şahdəniz" yatağının II fazasının işlənməsi planları davam edir. Eyni zamanda Azərbaycan və Türkiyə arasında qazın satışı və tranziti məsələləri üzrə danışıqlar artıq son mərhələyə çatıb və biz rəsmi müqavilələrin tezliklə imzalanmasını gözləyirik. Danışıqlar "Şahdəniz" qazının digər potensial alıcıları ilə də aparılır", deyə Morninqstar qeyd edib.


Riçard Morninqstar Obama administrasiyasının Xəzər regionundan Avropaya enerji marşrutlarının diversifikasiyasını dəstəklədiyini deyib.


"Bizim strategiyamız bu cür marşrutları dəstəkləməkdir. "Şahdəniz" yatağından çıxan Azərbaycan qazı Cənub enerji dəhlizi üçün mühüm mənbə olacaq. Biz bu dəhlizin bütün layihələrini prinsipial olaraq dəstəkləyirik, ancaq ən iri layihə kimi "Nabucco"ya üstünlük veririk. Biz Azərbaycanın öz enerji daşıyıcılarının nəqli və istənilən marşrutu seçmə kimi suveren hüququna hörmət edirik".


R.Morninqstar ABŞ-ın öz strategiyasında Rusiyaya qarşı mübarizə yolunu tutmadığını açıq şəkildə bəyan etdiyini deyib. O, gələn həftə Moskvaya səfər edəcəyini xatırladıb və bu məsələləri rusiyalı həmkarları ilə müzakirə edəcəyini deyib.


"Bu məsələ həmçinin Rusiya və ABŞ-ın energetika nazirləri komissiyasının iclasında da müzakirə ediləcək. Bizim stategiyamız aydındır və biz onu açıq şəkildə bütün tərəfdaşlarımız ilə müzakirə edəcəyik".


Bundan əlavə, qurum rəsmisi qeyd edib ki, ABŞ Azərbaycanı enerji təhlükəsizliyinin təminatı və öz enerji resurslarını nəqli məsələsində dəstəkləyəcək.


“Nabukko” Türkmənistan və Azərbaycandan Avropa İttifaqı ölkələrinə, ilk növbədə isə Avstriya və Almaniyaya qədər uzunluğu 3300 kilometr olan magistral qaz kəməri layihəsidir. Proqnozlaşdırılan layihə gücü ildə 26-32 mlrd. kubmetr qaz təşkil edir. Layihənin ehtimal edilən qiyməti €7,9 mlrd.-a çatır. Layihəyə hazırlıq 2002-ci ildən həyata keçirilir.