Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Şahzadə Hookon: “Azərbaycan öz neft ehtiyatlarından çox səmərəli istifadə edir”
 
Norveç Krallığının vəliəhdi Bakıda ikigünlük səfərdə olan Hookon iyunun 7-də öz səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirmişdir.
Vəliəhd demişdir ki, Bakıda iki unudulmaz gün keçirmişdir, azərbaycanlıların qəlblərinin hərarətini və bu xalqın misilsiz qonaqpərvərliyini özü ilə Norveçə aparacaqdır. O, Prezident İlham Əliyevlə görüşünü unudulmaz və əlamətdar hadisə adlandırmışdır.
18-ci “Caspian Oil Gas” – “Neft və qaz, Xəzərdə neft emalı və neft kimyası” beynəlxalq sərgisinin açılışında iştirak etməsini bildirən şahzadə demişdir ki, Norveç ilə Azərbaycan arasında mövcud əlaqələri çox yüksək qiymətləndirir. O demişdir: “Norveçin “Statoyl” şirkəti artıq xeyli vaxtdır ki, Azərbaycanda işləyir. Azərbaycanın neft-qaz sektoru böyük və şərəfli yol keçmişdir. Azərbaycan öz neft ehtiyatlarından çox səmərəli istifadə edir. Bu gün biz neft satışından əldə edilən gəlirlərdən istifadə edilməsinin şəffaflığı mövzusunda seminar keçirdik. Son on ildə Azərbaycanda yoxsulluq səviyyəsinin kəskin azalması dəlalət edir ki, Azərbaycan neft gəlirlərindən məqsədyönlü şəkildə istifadə edir. Azərbaycanda təhsilin inkişafında göstərilən diqqət və qayğı da yüksək tərifə layiqdir. İnsan inkişafı göstəriciləri üzrə Azərbaycan inkişaf sürətinin yüksək olduğu ölkələr arasındadır”.
Norveçin yanacaq və energetika naziri Ole Borten Moe keçirdiyi görüşlərdə ölkələrimiz arasında əlaqələrin dərinləşməsi və genişlənməsi perspektivlərinin müzakirə edilməsi barədə məlumat vermişdir. O bildirmişdir ki, bu cür perspektivlər vardır, Şahdəniz layihəsinin həyata keçirilməsi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Nazir demişdir: “Biz Azərbaycan qazının Avropaya nəql olunması məsələlərini müzakirə etdik. Enerji ehtiyatlarının şaxələndirilməsi Avropa üçün çox vacibdir. Ekoloji baxımdan daha təhlükəsiz olan təbii qaz alınması kömür və digər yanacaq növlərindən imtina etməyə imkan verəcəkdir. Bu, Azərbaycanın Avropa enerji bazarında öz mövqelərini möhkəmlətməsinə imkan verəcək və Azərbaycan cəmiyyətinə çox xeyir verəcəkdir”.
Mətbuat konfransında iştirak edən Norveç xarici işlər nazirinin müavini Espent Bart Eyde jurnalistləri maraqlandıran suallara cavab vermişdir.