Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Rəcəb Tayyib ƏRDOĞAN: Qardaş ölkə Azərbaycanın son illərdə bütün sahələrdə
nail olduğu inkişaf ikitərəfli, regional və beynəlxalq layihələrin həyata
keçirilməsinə konkret təminat verməkdədir
 
Qardaş ölkə Azərbaycanın nüfuzlu bir tərəfdaş olaraq son illərdə bütün sahələrdə nail olduğu inkişaf istər ikitərəfli, istər regional, istərsə də beynəlxalq layihələrin həyata keçirilməsinə konkret təminat verməkdədir.
Bu fikirlər Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda açılan 18-ci Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd olunmuşdur.
Məktubda Azərbaycanın və Orta Asiya bölgəsinin neft və qaz sənayesi məhsulları və xidmətlərinin təqdimatı, eləcə də bu sektorların təmsilçilərinin bir araya gəlmələri baxımından hər il ənənəvi olaraq təşkil olunan Beynəlxalq Xəzər neft, qaz sərgi və konfranslarının əhəmiyyəti vurğulanmışdır.
Türkiyə Baş naziri məktubunda neft və qaz sektorunun dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayaraq, zəngin neft ehtiyatlarına malik Xəzər bölgəsinin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu qeyd etmişdir.