Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Bakıda "Caspian Oil and Gas” 18-ci Beynəlxalq Xəzər neft və qaz, neft emalı və neft kimyası sərgisinin açılışı ilə bağlı məktub ünvanlayıb. Bu gün sərginin açılışında iştirak edən ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Barak Obamanın məktubunu iştirakçılara oxuyub.

Məktubda bildirilir ki, Azərbaycanın Bakı-Tiflis-Ceyhan, həmçinin Cənub dəhlizi kimi layihələrdə iştirakı Azərbaycanın beynəlxalq tərəfdaşlarına vacib ticarət, iqtisadi və strateji dividentlər qazandırıb.

"Azərbaycanın Cənub enerji dəhlizinə qoşulması və prezident İlham Əliyevn bu istiqamətdə təşəbbüsü Azərbaycanın daha böyük miqyasda inkişafına xidmət edəcək və ölkənin iqtisadi və energetika baxımından çiçəklənməsinə impuls verəcək.

ABŞ enerji təhlükəsizliyinə və bu marşrutların diversifikasiyasına çox böyük önəm verir və Qafqaz regionunun inkişafı və stabilliyi üçün Azərbaycanla strateji əməkdaşlığın inkişafı üçün bütün səylərini göstərəcək. Biz həmçinin əminik ki, Azərbaycanın energetika layihələrindən əldə edəcəyi gəlir onun vətəndaşlarının həyat standartlarını qaldıracaq", deyə müraciətdə bildirilib.