Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanlı deputat Ekvador, Butan, Maldivi və Keniyanın nazirlərinə, bir sıra ölkələrin, beynəlxalq təşkilatların və nüfuzlu universitetlərin nümayəndələrinə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məlumat vermişdir

İsrailin Hayfa şəhərində keçirilən “Elm, texnologiya və innovasiya: qadın və qızlar üçün təhsil və treninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən Milli Məclisin deputatı, AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva tədbir çərçivəsində Ekvadorun dövlət naziri Saskia Natali Selu Suaresin, Butanın təhsil naziri xanım Pema Demanın, Maldivinin kənd təsərrüfatı naziri Şafia Aminatın, Keniyanın ali təhsil naziri Hellen Jepkomoi Sambilinin başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşmüşdür. Bundan əlavə, azərbaycanlı deputat Argentinanın Neuyuen hökumətinin vitse-qubernatoru Ana Maria Peçen, YUNİSEF-in rəsmi nümayəndəsi Malinka Koparanova, Şri-Lankanın Kolombo Universitetinin vitse-prezidenti, professor Kşanika Hirimbureqama, Mexiko Universitetinin departament direktoru, professor Marsia Hiriart, Yaponiyanın Kobe Universitetinin departament direktoru, professor Roumiana Tsenkova, İspaniyanın Elm və İnnovasiya Nazirliyinin departament direktoru İnes Sançes de Madariaqa ilə görüşlər keçirmişdir.
Q.Paşayeva işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistanın törətdiyi vandalizm aktları barədə ətraflı məlumat vermişdir. Deputat vurğulamışdır ki, Ermənistanın işğalı nəticəsində bir milyonadək azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların fundamental insan haqları isə bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir.
Azərbaycanlı deputat demişdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlı qətlə yetirilmiş, əsir və girov götürülərək onlara qarşı amansız işgəncələr verilmiş, soyqırımı törədilmişdir. Ermənistan tez-tez atəşkəs rejimini pozur, dinc insanlar, qadınlar, uşaqlar erməni snayperləri tərəfindən qətlə yetirilir.
Q.Paşayeva demişdir ki, dünyanın bütün qadınları Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqların qətlə yetirilməsinə laqeyd qalmamalı və buna qarşı etiraz səslərini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz doğma evlərinə qayıtması üçün səylərini artırmalıdırlar.
Deputat həmsöhbətlərinə Azərbaycan həqiqətlərindən bəhs edən kitab və digər materiallar təqdim etmişdir. Dünyanın müxtəlif ölkələrindən gəlmiş yüksək səviyyəli nümayəndə heyətlərinin üzvləri, nazir və alim xanımlar Azərbaycan ilə bağlı ətraflı məlumatların və onlara təqdim edilən materialların onlar üçün vacib və əhəmiyyətli olduğunu vurğulamışlar.