Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Texas ştatı Ermənistan silahlı qüvvələri və 366-cı alay tərəfindən
Xocalı qırğını törədilməsi faktını tanımışdır
 
Amerikanın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Bu ştatın nümayəndələr palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilir. Qətnamədə qeyd edilir ki, “Human Rights Watch” təşkilatı bu aksiyanı hərbi əməliyyatlar zonasında dinc sakinlərə münasibət haqqında konvensiyanın pozulmasından ibarət cinayət kimi tanımışdır.
Xatırladaq ki, 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir.
Qeyd etmək lazımdır ki, erməni diasporu ilə müqayisədə Azərbaycan diasporu hələ gəncdir və Azərbaycan icmalarının yaşadığı ölkələrin ictimai həyatına bu diasporun təsiri hələ yenicə qüvvə toplamaqdadır. Lakin bizim diaspor erməni diaspor təşkilatlarının mövqelərinin daha güclü olduğu ölkələrdə və ştatlarda cəsarətlə onlara qarşı “döyüşür”. Bu fəaliyyət xətti davam edəcəkdir. Vaxt gələcək, hökmən gələcək, Xocalı soyqırımını tanıyan ölkələrin və ştatların sayı qondarma erməni soyqırımını tanımış ştatların və ölkələrin sayından çox olacaqdır.
Onu da xatırladaq ki, ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri, o cümlədən Kaliforniya ştatı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul etmişlər.