Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Milli Məclisin deputatı Qənirə Paşayeva Knessetin sədri Reuven Rivlin ilə görüşmüşdür
 
İsrailin Hayfa şəhərində keçirilən “Elm, texnologiya və innovasiya: qadın və qızlar üçün təhsil və treninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən Milli Məclisin deputatı, AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva tədbir çərçivəsində İsrail parlamentinin (Knesset) sədri Reuven Rivlin ilə görüşmüşdür.
Görüşdə Q.Paşayeva ölkəmiz haqqında həqiqətləri, işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistanın törətdiyi vandalizm aktlarını, soyqırımıları əks etdirən, minlərlə azərbaycanlının əsir və girov götürərək onlara qarşı amansız işgəncələrin həyata keçirildiyi, azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin məhv edildiyi, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü barədə materialları Knessetin sədrinə təqdim etmişdir.
Azərbaycan tarixinə, mədəniyyətinə dair kitablar, materiallar Knessetin kitabxanasına da hədiyyə olunmuşdur.
Q.Paşayeva konfrans çərçivəsində İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon, İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin rəhbəri Haim Divon ilə də görüşmüşdür. Bundan əlavə, deputat İsrailin gənclər, tələbələr və qadınlarla iş üzrə nazir müavini Gial Qamliel, Baş nazirin ofisində qadın məsələləri ilə bağlı bölmənin direktoru Vered Suef ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.