Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Qənirə Paşayeva: Dünyanın bütün qadınları Ermənistanın törətdiyi vandalizm aktlarına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdırlar

İsrailin Hayfa şəhərində keçirilən “Elm, texnologiya və innovasiya: qadın və qızlar üçün təhsil və treninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən Milli Məclisin deputatı, AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva tədbir çərçivəsində Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili, Kamerunun qadın və ailələrin müdafiəsi naziri Abena Ondoa Nee Mari Terez, Efiopiyanın ailə, uşaq və gənclər məsələləri naziri Zenebu Tadesse, Bolqarıstan parlamentinin deputatı Meqlena Pluqtsçieva-Aleksandrova ilə görüşmüşdür.
Q.Paşayeva işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistanın törətdiyi vandalizm aktları barədə ətraflı məlumat vermişdir. Deputat vurğulamışdır ki, Ermənistanın işğalı nəticəsində bir milyonadək azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların fundamental insan haqları isə bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir.
Azərbaycanlı deputat demişdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlı qətlə yetirilmiş, əsir və girov götürülərək onlara qarşı amansız işgəncələr həyata keçirilmiş, soyqırımı törədilmişdir. Ermənistan tez-tez atəşkəs rejimini pozur, dinc insanlar, qadınlar, uşaqlar erməni snayperləri tərəfindən qətlə yetirilir.
Q.Paşayeva cari il martın 8-də Ağdam rayonunun doqquzyaşlı sakini, ananın tək övladı olan Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi faktını diqqətə çatdıraraq Ermənistanın bu kimi insanlıqdan kənar addımları barədə də ətraflı məlumatlar vermişdir. O demişdir ki, dünyanın bütün qadınları Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına laqeyd qalmamalı və buna qarşı öz etiraz səslərini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz doğma evlərinə qayıtması üçün səylərini artırmalıdırlar.
Görüşlərdə deputat Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlərin CD-lərini də təqdim etmişdir.