Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Kaliforniya ştatında ermənilərin ən çox cəmləşdiyi dairələrdən biri
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır
 
ABŞ-ın Kaliforniya ştatının Oranj Kaunti dairəsinin Rəhbərlər Şurası mayın 28-ni Azərbaycanın Milli bayram günü elan etmişdir.
Şuranın sədri Bill Kampbelin bu barədə imzaladığı proklamasiyada qeyd edilir ki, 1918-ci il mayın 28-də əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi dövlət olmuşdur. Sənəddə həmçinin qeyd edilir ki, BMT Qarabağ regionu və Naxçıvan eksklavı da daxil olmaqla, sahəsi 33.440 kvadratmilə bərabər olan Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımışdır.
Qeyd etmək lazımdır ki, Oranj Kaunti dairəsi əhalinin sıxlığına görə ABŞ-da 6-cı, Kaliforniya ştatında 3-cü yeri tutur. Dairənin iqtisadiyyatı müstəqil dövlətlər arasında dünyada 30-cu yeri tutur. Oranj Kaunti ermənilərin ən çox cəmləşdiyi ərazilərdən biridir.