Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Türkiyənin Samsun şəhərindəki universitetdə “Qafqazda bir tük yurdu – Naxçıvan” mövzusunda konfrans keçirilmişdir
 
Türkiyənin Samsun şəhərindəki “On doqquz May” Universitetində “Qafqazda bir türk yurdu – Naxçıvan” mövzusunda konfrans keçirilmişdir.
Konfransda çıxış edən Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ayxan Enginar 3500 illik tarixi olan Naxçıvanın kəşməkəşli tarixi və müasir inkişaf mərhələlərindən bəhs etmişdir. O vurğulamışdır ki, Türkiyə qardaş Azərbaycanın bir parçası olan bu qədim diyarın beynəlxalq hüquq baxımından təminatçısı olmuş və bu qayğısını bu gün davam etdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi dövrdə - 1992-ci ildə Türkiyə ilə Naxçıvan arasında imzalanmış əməkdaşlıq protokolu ilə bu əlaqələr daha da möhkəmlənmişdir. Sədərək-Dilucu keçid məntəqələri arasında salınmış “Ümid körpüsü” vasitəsilə blokadada olan Naxçıvan bütün dünya ilə əlaqəsini bərpa etmişdir. Hazırda 35 ölkə ilə ticarət əlaqələri olan muxtar respublika bütün sahələrdə inkişaf mərhələsinə qədəm qoymuşdur.
Konfransda çıxış edən universitetin professoru Hüsrev Mennan bildirmişdir ki, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa dair təklif alınmış və bundan böyük məmnunluq hiss edir.