Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Novruz Məmmədov: Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə böyük əhəmiyyət verir
 
Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə iyunda planlaşdırılan görüşünə təkcə biz yox, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu və həmsədr ölkələrin prezidentləri də böyük əhəmiyyət verirlər.
Bunu müsahibəsində Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir.
N.Məmmədov bildirmişdir ki, bu yaxınlarda Minsk qrupu həmsədr ölkələri prezidentlərinin bəyanatında münaqişənin tezliklə həll olunması ilə bağlı tələb ortaya qoyulmuşdur. Bizim də istəyimiz ondan ibarətdir ki, həm həmsədr dövlətlərin rəhbərlərinin, həm Minsk qrupunun həmsədrlərinin, beynəlxalq ictimaiyyətin tələbi ilə münaqişə ilə bağlı status-kvo dəyişilsin. Status-kvonun dəyişilməsi münaqişənin həllində birinci mərhələdən, yəni Azərbaycanın ərazilərinin - Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. Düşünürük ki, Ermənistan tərəfi bu bəyanata ciddi yanaşacaq, müəyyən bəhanələr axtarmayacaq, bundan sonra da danışıqlar prosesində yenə vaxtın uzadılmasına çalışmayacaqdır.