Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
28 May - Respublika Günü İndoneziyada da qeyd edilmişdir

Azərbaycanın İndoneziyadakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Səfirlikdən bildirmişlər ki, səfir İbrahim Hacıyev 1918-ci ildə demokratik prinsiplər əsasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi əhəmiyyətindən danışmış, müasir və müstəqil Azərbaycanın AXC-nin davamçısı olduğunu vurğulamışdır.
Diplomat hazırda Azərbaycanın beynəlxalq birliyin tamhüquqlu üzvü olduğu, ölkəmizin bazar iqtisadiyyatı quruculuğunda nailiyyətləri, regionda aparıcı dövlətə çevrildiyi, müasir inkişafı və xarici siyasəti barədə ətraflı məlumat vermişdir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə toxunan İ.Hacıyev bildirmişdir ki, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş,
Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon işğal olunmuşdur. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri barədə də məlumat vermişdir.
Diplomat İndoneziya hökumətinə və xalqına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
Tədbirdə İndoneziyanın Regional Nümayəndələri Palatasının Sədri İrman Qusman, Prezidentin xüsusi tapşırıqlar üzrə işçi qrupunun rəhbəri Kuntoro Manqkusubroto, Prezidentin Məşvərət Şurasının üzvü, sabiq nazir Miutia Hatta, Xarici İşlər Nazirliyinin Asiya və Sakit okean regionları və Afrika ölkələri üzrə baş idarəsinin rəisi Hamzah Tayeb iştirak etmişlər.
İ.Qusman ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, son illər ticarət dövriyyəsinin artdığını xüsusi qeyd etmişdir. O, Azərbaycan ilə İndoneziya arasında müxtəlif sahələrdə nəzərdə tutulmuş proqramların həyata keçirilməsinin dövlətlər arasında əlaqələri daha da genişləndirəcəyinə əminliyini ifadə etmişdir.
Tədbirdə deputatlar, siyasi partiyaların rəhbərləri, ictimai- siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və türk diasporlarının üzvləri iştirak etmişlər.
Mərasimdə ölkəmizə dair fotoşəkillər nümayiş etdirilmiş, Azərbaycan musiqisi səsləndirilmiş, iştirakçılara səfirlik tərəfindən nəşr edilmiş “Azərbaycan albom”u paylanmışdır.
İndoneziyanın bir sıra rəsmiləri, QHT-lərin rəhbərləri, Azərbaycana dost münasibəti bəsləyən nüfuzlu ictimai-siyasi xadimlər Respublika Günü münasibətilə ölkəmizin səfirliyinə təbrik məktubları və gül çələngləri göndərmişlər.