Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Britaniyalı deputat: “Biz Dağlıq Qarabağ münaqişəsinə dair BMT qətnamələrinin
icrasına töhfələr verməyə çalışacağıq”

Biz Dağlıq Qarabağ münaqişəsinə dair BMT qətnamələrinin icrasına töhfələr verməyə çalışacağıq.
Bu sözləri jurnalistlərə müsahibəsində ölkəmizdə səfərdə olan Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Field demişdir.
Mark Field səfər çərçivəsində məcburi köçkünlərin həyat şəraiti ilə tanış olduqlarını, cəbhə xəttindəki yaşayış məntəqələrinə səfər etdiklərini demişdir: “Biz böyük vədlər verə bilmərik. Cəbhəyə yaxın kəndlərdə məcburi köçkünlərlə görüşdük, insanları dinlədik və onların problemlərini başa düşdük. Bizə məlum oldu ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnamə 19 ildir ki, öz icrasını tapmamışdır. Çalışacağıq ki, yollar axtaraq, həmin qətnamələrin icrasına töhfələr verək.