Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Kanadada Azərbaycan və türk icmaları Respublika Gününü qeyd etmişlər

28 May – Respublika Günü münasibətilə Kanadanın ən böyük şəhəri olan Torontoda Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması mərasimi keçirilmişdir. Tədbirdə Torontoda yaşayan Azərbaycan və türk icmasının nümayəndələri iştirak etmişlər.
Ölkəmizin Kanadadakı səfirliyindən bildirmişlər ki, Toronto Universiteti Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə keçirilən tədbirdə bu qurumun fəal üzvlərindən İsgəndər Qədirzadə Azərbaycan Demokratik Respublikasının tarixindən danışmışdır.
Ontario əyalətinin millət vəkili Monte Kvinter 28 mayın Azərbaycan və region üçün əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Respublikasının bu ölkədəki səfiri Fərid Şəfiyev Azərbaycan icmasının Kanadadakı səmərəli fəaliyyətindən bəhs etmişdir.
Azərbaycan Respublikasının dövlət himninin sədaları altında dövlətimizin bayrağı qaldırılmışdır.
Qeyd edək ki, eyni mərasim ölkənin Kalqari şəhərində də keçirilmişdir.