Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Prezident İlham Əliyev: 1993-cü ildən başlayaraq bütün sahələrdə quruculuq və
inkişaf meyilləri başlanmış və gücləndirilmişdir
 
Azərbaycan Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda vurğulamışdır ki, 1993-cü ildən başlayaraq bütün sahələrdə quruculuq və inkişaf meyilləri başlanmış və gücləndirilmişdir. Ölkə iqtisadiyyatı və müstəqil inkişaf üçün həlledici mahiyyət daşıyan neft kontraktları imzalanmışdır. Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edilmişdir.
1994-cü ildə bu məsələlər həll olunmağa başlayanda Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı və buraya investisiya qoymaq istəyənlərin sayı çox məhdud olduğunu qeyd edən dövlətimizin başçısı bildirmişdir ki, buna baxmayaraq, ölkəmiz üçün məqbul şərtlərlə neft kontraktları imzalanmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və beləliklə, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir. Bütövlükdə 1993-2003-cü illər Azərbaycan üçün, dövlətçiliyimiz üçün həlledici illər olmuşdur. O illərdə əldə edilmiş uğurlar bu gün də bizə imkan verir ki, ölkəmizi inamla irəliyə aparaq, bu siyasəti davam etdirək və qarşıda duran bütün vəzifələri layiqincə icra edək.
“2003-cü ildən sonrakı dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Bu, özünü bütün statistik rəqəmlərdə büruzə verir. 2003-cü ildən sonra ölkəmizdə siyasi və iqtisadi islahatlar davam etdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə daha da möhkəm yerini tuta bilmişdir, regional müstəvidə, bizim təsir imkanlarımız böyük dərəcədə artmışdır”, - deyə Prezident İlham Əliyev vurğulamışdır.