Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Astanada Respublika Günü münasibəti ilə qəbul keçirilmişdir
 
Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı Radisson mehmanxanasında 28 may-Respublika Günü münasibəti ilə qəbul keçirmişdir.
Mərasimdə Qazaxıstan neft-qaz nazirinin müavini Lyazzat Kiinov, fövqəladə hallar naziri V.Bojko, Qazaxıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, “Nur Otan” Xalq Demokratik Partiyasının rəsmi nümayəndələri, azərbaycanlı tələbələr, ölkənin şəhər və vilayətlərində fəaliyyət göstərən diasporumuzun rəhbərləri və üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndikdən sonra ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimov iştirakçıları salamlamış, 93 il bundan əvvəl yaradılmış Azərbaycan xalq Cümhuriyyətinin (AXC) müsəlman şərqində ilk demokratik dövlət olduğunu bildirmiş, AXC-nin yaranma tarixi haqqında məlumat vermişdir. Səfir Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmlənməsində, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın dərinləşdirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi islahatlar haqqında geniş məlumat vermiş, bildirmişdir ki, dünyada gedən maliyyə-iqtisadi böhranı dövründə- 2009-2010-cu illərdə Azərbaycanda iqtisadi artım 14 faiz olmuşdur.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, problemin sülh yolu ilə ədalətli həllində Azərbaycanın mövqeyi haqqında söhbət açmış, münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında mümkün olduğunu bildirmişdir.
Z.Həşimov əsası ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Lyazat Kiinov Qazaxıstanla Azərbaycan arasında əlaqələrimizin bugünkü səviyyəsindən danışmış, münasibətlərin dərin köklərə malik olduğunu, xalqlarımız arasında əlaqələrin dərinləşməsində Azərbaycan və Qazaxıstanın dövlət başçıları İlham Əliyev və Nursultan Nazarbayevin müstəsna xidmətləri olduğunu vurğulamışdır. O Azərbaycanın Qazaxıstan üçün mühüm əhəmiyyət daşıyan bir dövlət olduğunu, ölkələrimizin nəhəng enerji layihələrində uğurla iştirakını qeyd etmişdir.
Mərasimdə Qazaxıstan İncəsənət Universiteti tələbələrinin ifasında böyük Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səslənmiş, Petropavlovsk şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs qrupu milli rəqslərimizi ifa etmişdir.