Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Prezident İlham Əliyev: 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü başlanmışdır
 
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur. Müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir. 1990-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər müstəqilliyimizə böyük təhlükə idi.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda demişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən anarxiya, özbaşınalıq, hakimiyyətsizlik, xaos praktiki olaraq, ölkəmizi iflic vəziyyətinə salmışdı. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımızın işğal altına düşməsi, bununla bərabər ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə, vətəndaş müharibəsinin başlanması – bütün bu xoşagəlməz hadisələr müstəqil həyatımıza çox böyük zərbələr vurmuşdur.
“1993-cü ildə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərmiş, Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etmişdir. Xalqın dəstəyi ilə Prezident vəzifəsinə seçilmiş Heydər Əliyev vəziyyəti yaxşılaşdırmaq və xoşagəlməz hallara son qoymaq üçün çox böyük səylər göstərmişdir. Qısa müddət ərzində bütün xoşagəlməz hallara, bütün qanunsuz silahlı birləşmələrə son qoyuldu, onlar tərk-silah edildi, vətəndaş müharibəsi dayandırıldı, cəbhədə atəşkəs əldə olundu və bu, imkan verdi ki, Azərbaycan sürətli inkişafa qədəm qoysun. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü başlanmışdır”, - deyə Prezident İlham Əliyev vurğulamışdır.
Dövlətçiliyimizin əsasları məhz 1993-cü ildən sonra formalaşmağa başlamış Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin sürətlə aparıldığını qeyd edən dövlətimizin başçısı demişdir ki, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, ölkədə aparılan siyasi və iqtisadi islahatlar öz müsbət nəticələrini vermişdir. Azərbaycan beynəlxalq təcriddən çıxa, informasiya blokadasını yara bilmişdir. Azərbaycan beynəlxalq aləmdə öz yerini tuta bilmişdir. Beynəlxalq təşkilatara üzv olmuşdur.