Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Mark Field: Ədalətin qalib gələcəyinə inanıram
İngiltərə parlamentinin nümayəndə heyəti məcburi köçkünlərlə görüşmüşdür

Mayın 28-də Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, “Cities of London and Westminster” ərazisindən Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə heyəti məcburi köçkünlərlə grüşmüşdür.
Nümayəndə heyəti əvvəlcə Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olmuşdur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonaqlara məlumat vermişdir ki, Məcburi köçkünlər Bakıda 1400 obyektdə, o cümlədən 262 belə yataqxanada yığcam məskunlaşmışlar. Yataqxanalarda 14 min 968 ailə, başqa sözlə, 50 min nəfər, bu yataqxanada isə 126 ailə yaşayır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncam uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır. Oraya ilk növbədə yataqxanalarda yaşayanları köçürəcəyik. Bu işə Bakı Dövlət Universitetinin 2 yataqxanasından başlayacağıq. Artıq yer ayrılmış, layihələşdirmə başa çatmışdır.
Sədr müavini köçürülmə ilə bağlı bir problemə də toxunmuşdur: “Yataqxanalarda yaşayanlar yaxınlıqdakı ərazidə özlərinə iş tapıb ailələrini dolandırırlar. Ona görə də bu adamları imkan daxilində yaxınlıqda salınmış yeni məhəllələrə köçürməyə çalışırıq”.
Qonaqlar yataqxanada şəraitlə tanış olmuşlar. Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində onlara məlumat verilmişdir ki, 16 kvadratmetrlik bu otaqda 6 nəfər yaşayır.
İngiltərə parlamentinin üzvləri buradan Binəqədinin 7-ci mikrorayonunda 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəlləyə gəlmişlər.
Gəray Fərhadov məlumat vermişdir ki, burada hər biri 9 mərtəbədən ibarət olan 6 binada 369 ailə müvəqqəti məskunlaşmışdır. Ərazidə hər cür infrastruktur yaradılmışdır. Məhəllənin sakinləri doğma yurdlarına qayıdandan sonra bu binalar dövlət fondunda qalacaqdır. Bakıda təxminən 2 min ailə bu şəraitdə yaşayır. 2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcəkdir.
Qonaqlar ərazilər azad olunub əhali geri qayıdandan sonrakı şəraitlə maraqlanmışlar. G. Fərhadov “Böyük qayıdış” proqramı haqqında söz açmışdır. Bildirmişdir ki, sülh müqaviləsi imzalanandan sonra azad edilmiş ərazilərdə ilk növbədə minadan təmizləmə işləri aparılacaqdır. Sonra infrastruktur yaradılacaq, binalar tikiləcək və adamlar qayıdış üçün hazırlanacaqlar. İlk üç il ərzində onların istifadə etdikləri bütün imtiyazlar saxlanılacaqdır.
Cəbrayıl rayonundan məcburi köçkün, “Qafqaz” Universitetinin II kurs tələbəsi Bəhruz Hüseynzadə ilə dialoq qonaqlarda böyük maraq oyatmışdır. Bəhruz ingilis dilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, doğurduğu acı nəticələr, xalqımızın münaqişənin həlli ilə bağlı mövqeyi, münaqişə tərəflərinə ikili münasibət haqqında qısa söhbət açmış, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini xatırlatmışdır. “BMT bu qətnamələrinin işğalçı Ermənistan tərəfindən qulaqardına vurulması faktına dözdüyü halda, Liviyanı dərhal cəzalandırdı. Deməli, bu beynəlxalq qurum istəsə təcavüzkarı yerində oturdar”,-deyə təəssüflə vurğulamışdır.
Mark Field müxbirimizə bildirmişdir ki, üçüncü gündür Azərbaycandayıq. Məqsədimiz Azərbaycan haqqında məlumatları Böyük Britaniya parlamentinin üzvlərinə çatdırmaqdır. Görüşdüyümüz adamların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ölkə üçün bir nömrəli problem hesab edir. Biz Azərbaycanın bu məsələ ilə bağlı keçirdiyi narahatlığı başa düşürük. Bu mənim Azərbaycana ilk səfərim deyildir. Hər gəlişimdə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin sosial şəraitini yaxşılaşdırmaq barədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini alqışlayıram. Mən burada gördüklərimi öz ölkəmizdə, digər Avropa ölkələrində bölüşəcəyəm. Ədalətin qalib gələcəyinə inanıram.