Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Riqada Respublika Günü qeyd edilmişdir
 
Azərbaycanın Latviyadakı səfirliyi mayın 27-də Riqada 28 May – Respublika günü münasibətilə təntənəli qəbul təşkil etmişdir.
Tədbirdə Latviyanın daxili işlər naziri Linda Murniyetse, Dövlət Nəzarəti İdarəsinin başçısı İnquna Sudraba, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aleksandr Sakovski , ictimai xadimlər, iş adamları, Riqada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, jurnalistlər, ziyalılar iştirak etmişlər.
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov qəbulda çıxış edərək bildirmişdir ki, 93 il əvvəl müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur, amma onun ömrü uzun sürməmişdir. 1991-ci ildə SSRİ dağıldıqdan sonra respublika yenə də müstəqillik əldə etmişdir. Səfir demişdir: ”O vaxtdan kifayət qədər çətin olan 20 il ötmüşdür. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Azərbaycan yeritdiyi uğurlu xarici siyasət sayəsində çoxlu dost qazanmışdır. Həmin sırada duran Latviya ilə gözəl dostluq münasibətləri qurulmuşdur. Biz bu dostluqdan qürur duyuruq”.
Parlamentlərarası dostluq qrupunun sədri A.Sakovski Azərbaycan xalqına gələcək tərəqqi, bütün dövlətlərlə, o cümlədən Latviya ilə dostluq əlaqələrinin möhkəmlənməsini arzulayaraq demişdir: ”İstərdim ki, dünyada baş verən heç bir böhran və təlatümə baxmayaraq, biz dostluq və sülh şəraitində yaşayaq”.

Tədbirdə Azərbaycanın iqtisadi inkişafını, “Eurovision – 2011” müsabiqəsində qələbəsini əks etdirən videoçarx nümayiş etdirilmişdir.