Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Çində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

Azərbaycanın Çindəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Çində səfərdə olan nümayəndə heyətinin üzvləri - mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, habelə Çin hökumətinin və ictimaiyyətinin, Pekində fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, azərbaycanlılar, tələbələr və mətbuat nümayəndələri iştirak etmişlər.
Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilmişdir.
Mədəniyyət və turzim naziri Əbülfəs Qarayev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yarandığını qeyd etmişdir.
Ölkəmizin hazırda bütün sahələrdə sürətlə inkişaf etdiyini diqqətə çatdıran Ə.Qarayev, Azərbaycan-Çin əlaqələrin son illər daha da genişləndiyini bildirmişdir.
Çin xarici işlər nazirinin müavini Çenq Quoping tədbirdə çıxış edərək, öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş, ən xoş arzularını bildirmişdir. Çenq Quoping demişdir ki, hazırda Azərbaycan-Çin əlaqələri ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf edir.
Üzərində Azərbaycanın və Çinin dövlət bayraqlarının təsviri əks olunduğu tort kəsildikdən sonra mərasim iştirakçıları Azərbaycan mətbəxinin nümunələrini dadmışlar.