Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın 28 May- Respublika Günü Pakistanda qeyd olunmuşdur
 
28 May-Respublika Günü münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, tədbirdə ölkənin tanınmış ziyalıları, dövlət və hökumət rəsmiləri, jurnalistlər, xarici ölkələrin səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak etmişlər.
Azərbaycan və Pakistanın dövlət himnləri səsləndikdən sonra səfir Daşqın Şikarov mərasim iştirakçılarını salamlamış, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, o cümlədən Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumat vermiş, ölkəmizin regionda informasiya-kommunikasiya texnologiyaları mərkəzinə çevrildiyini qeyd etmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul olunmasına baxmayaraq, torpaqlarımızın hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu vurğulamışdır. Diplomat beynəlxalq birliyin və dünya dövlətlərinin, o cümlədən Pakistanın Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyini bildirmişdir.
Mərasimdə respublikamız haqqında videoçarx nümayiş etdirilmiş, Azərbaycan musiqisindən nümunələr səsləndirilmişdir.
İştirakçılara səfirliyin ingilis və urdu dillərində nəşr etdirdiyi “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri”, “Azərbaycan-Qafqazın cənnəti”, “Azərbaycan poeziyası-dəryadan damla” və digər kitab və nəşrlər təqdim edilmişdir.
Tədbirə əsas qonaq qismində qatılan Pakistanın mənzil və tikinti məsələləri üzrə dövlət naziri Raza Hayat Harrac 28 May-Respublika Günü münasibətilə Pakistan hökuməti və xalqı adından Prezident İlham Əliyevi və onun timsalında Azərbaycan xalqını təbrik etmiş, firavanlıq, tərəqqi və əmin-amanlıq arzulamışdır.
Pakistanın dövlət televiziyası PTV-1 xəbərlər proqramında mərasimlə bağlı sujetlər vermiş, Azərbaycanın bu ölkədəki səfirliyinin təqdim etdiyi “Azərbaycan cəlbedici turizm diyarıdır” filmini nümayiş etdirmişdir.
Pakistanda ingilis və ərəb dillərində nəşr olunan “The Diplomatic Insight” jurnalında, ingilis dilli “Pakistan Observer”, “The Nation” və urdu dilli “Nava-i Vaqt”, “Daily İttehad”, “Daily Azkaar”, “Daily K2” və “Daily Kainat” qəzetlərində Azərbaycanla bağlı məqalələr dərc edilmişdir.
Məqalələrdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, geostrateji mövqeyi, mədəniyyəti, turizmi və iqtisadiyyatı, habelə ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyat və fəaliyyətləri, onların müstəqil Azərbaycanın inkişafı yolunda həyata keçirdikləri islahatlar geniş işıqlandırılmışdır.
Jurnal və qəzetlərdə Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr, həmçinin fond tərəfindən Pakistanda tikilən Rara Qızlar məktəbi haqqında dolğun məlumatlar verilmişdir.