Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Yaponiyanın nüfuzlu “The Japan Times” qəzetində Azərbaycanın milli bayramı–Respublika
Günü münasibətilə məqalə dərc edilmişdir
 
Mayın 28-də Yaponiyanın nüfuzlu, əsasən bu ölkədəki diplomatik nümayəndələr və işgüzar dairələr tərəfindən oxunan ingilis dilli “The Japan Times” qəzetində Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ölkəmizin Tokiodakı səfirliyinin müvəqqəti işlər vəkili Rövşən Kazımovun məqaləsi dərc edilmişdir.
Məqalədə yaponiyalı oxuculara ölkəmiz, onun yerləşdiyi coğrafi məkan, iqlim şəraiti, müstəqilliyin qazanılmasının tarixi barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yola nəzər salınmış, onun Şərqdə ilk demokratik respublika olduğu vurğulanmışdır.
Ötən əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda siyasi sabitliyin mövcud olduğu, həyata keçirilmiş uğurlu sosial-iqtisadi islahatlar nəticəsində xarici sərmayəçilər üçün əlverişli şəraitin yaradıldığı və müstəqilliyin bərpasından cəmi 20 il ötməsinə baxmayaraq, ölkəmizin etibarlı tərəfdaşa çevrildiyi oxucuların nəzərinə çatdırılmışdır.
Zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq, Azərbaycan Respublikasının qlobal enerji siyasətinin formalaşmasında və əhəmiyyətli enerji layihələrinin ölkəmizin ərazisindən keçməklə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı bildirilmişdir. Qeyd edilmişdir ki, eyni zamanda Azərbaycan tarixi İpək Yolu üzərində yerləşməklə, Qərblə-Şərqi birləşdirən mühüm tranzit dövlətidir.
Məqalədə, həmçinin Azərbaycan Respublikasının əlverişli turizm məkanı olması barədə məlumat verilərək, turizmin əksər növləri ilə məşğul olmaq üçün ölkəmizdə əlverişli şəraitin yaradıldığı qeyd olunmuşdur. 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması ilə əlaqədar bu sahədə bir sıra iri layihələrin həyata keçirildiyi, ölkə ərazisində dünya standartlarına cavab verən mehmanxanaların və digər zəruri infrastrukturun yaradıldığı bildirilmişdir. Bu xüsusda yapon turistləri Azərbaycana səfərə və ölkəmizi daha yaxından tanımağa dəvət olunmuşlar.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul olunmasına baxmayaraq, torpaqlarımızın hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığı vurğulanmışdır. Beynəlxalq birliyin və dünya dövlətlərinin, o cümlədən Yaponiyanın Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyi vurğulanmışdır.
Azərbaycan-Yaponiya münasibətlərinə dair məlumat verilərək, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuşdir. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfərindən sonra iki ölkənin əməkdaşlığında yeni səhifənin açıldığı bildirilmişdir.
Martın 11-də Yaponiyada baş vermiş təbii fəlakət və onun səbəb olduğu çoxminli insan tələfatının ölkəmizdə kədərlə qarşılandığı vurğulanmış, bu ağır gündə yapon xalqına dəstək göstərilməsi məqsədilə Azərbaycan Prezidentinin göstərişinə əsasən, 1 milyon ABŞ dolları məbləğində maddi yardım ayrıldığı qeyd olunmuşdur.
Məqalənin sonunda bildirilmişdir ki, Azərbaycan zəhmətsevər yapon xalqının təbii fəlakətin fəsadlarını qısa zamanda aradan qaldıracağına əmindir.