Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
28 May – Respublika Günü İordaniyada da qeyd edilmişdir
 
28 May – Respublika Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə ölkəmizin İordaniyadakı səfirliyi Əmmandakı “Marriott” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.
Ölkəmizin Əmmandakı səfirliyindən bildirmişlər ki, mayın 23-də keçirilmiş tədbirdə İordaniyanın rəsmiləri, deputatlar, işgüzar dairələrin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan və digər xalqların diasporlarının, yerli KİV-lərin və İordaniya-Azərbaycan dostluq cəmiyyətinin nümayəndələri, ziyalılar iştirak etmişlər.
Əlamətdar tarixlər münasibətilə İordaniyanın müxtəlif dövlət qurumları, idarə və təşkilatları, ayrı-ayrı şəxslər tərəfindən səfirliyə təbrik məktubları göndərilmişdir.
Azərbaycanın və İordaniyanın dövlət himnləri səsləndirildikdən sonra səfir Elman Araslı Azərbaycanın tarixi keçmişinə nəzər salmış və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının qazandığı uğurlardan danışmışdır.
Tədbirin keçirildiyi salon Azərbaycanın və İordaniyanın dövlət bayraqları, Prezident İlham Əliyevin və Kral II Abdullahın portretləri ilə bəzədilmişdir. Respublikamızın sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş etdirilmiş, Azərbaycanın xalq, klassik və estrada musiqisi nümunələri səsləndirilmişdir. Bundan əlavə, Azərbaycanın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, habelə Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü və onun ağır nəticələri haqqında kitab və bukletlər qonaqlara paylanmışdır.
Rəsmi qəbuldan bir gün əvvəl əlamətdar tarixlərlə əlaqədar diplomatik nümayəndəliyimizdə mətbuat konfransı keçirilmiş və konfransa dair məlumatlar İordaniyanın KİV-lərində dərc olunmuşdur. Eyni zamanda, mayın 21-də və 23-də İordaniyanın Mərkəzi Televiziya kanalında bu ölkədə çəkilmiş Azərbaycan haqqında film də nümayiş olunmuşdur.