Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Amerikanın Bluminqton şəhəri mayın 28-ni “Azərbaycanın milli bayram günü” elan etmişdir

Amerikanın Bluminqton şəhərinin (İndiana ştatı) meri Mark Kruzanın qərarı ilə mayın 28-i bu şəhərdə “Azərbaycanın milli bayram günü” elan edilmişdir. Bu barədə bəyannamədə qeyd edilir ki, Azərbaycan icması şəhərin ictimai həyatında mühüm rol oynayır. Sənəddə həmçinin göstərilir ki, Azərbaycanın ərazisi Qarabağ regionu və Naxçıvan eksklavı da daxil olmaqla 33.400 kvadrat milə bərabərdir, bu sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən 1992-ci ildə tanınmışdır.
Proklamasiyanın mətni Bluminqton meriyasının rəsmi saytında yerləşdirilmişdir.
Xatırladaq ki, bu il oxşar məzmunlu proklamasiyalar Vankuver (Kanada), Farqo (Şimali Dakota ştatı, ABŞ) və Portland (Oreqon ştatı, ABŞ) şəhərlərinin merləri tərəfindən də qəbul edilmişdir.
2009-cu ildən Nevada ştatı martın 31-ni “Azərbaycanlıları anım günü” elan etmiş, 2010-cu ildə isə Massaçusets ştatının nümayəndələr palatası fevralın 26-nın “Xocalı qırğını qurbanlarını anım günü” elan olunması haqqında qərar qəbul etmişdir.
Azərbaycan mənşəli amerikalıların fəallaşmasını görüb ağlını itirmiş ABŞ erməni diasporu birinci proklamasiyaların qəbul edilməsi haqqında xəbəri “Azərbaycan təbliğatının dezinformasiyası” və “arzu ediləni həqiqət kimi qələmə vermək cəhdi” elan etməyə tələsmişdir. Massaçusets ştatının nümayəndələr palatasının skaner qurğusundan keçirilmiş sənədi dərc ediləndə ermənilər daha da fəallaşmış, dərc olunmuş materialı “saxtakarlıq” və azərbaycanlı “Fotoşop” ustalarının işinin nəticəsi adlandırmışdı. Ümid edirik ki, bu proklamasiyaların mətni Amerika şəhərlərinin meriyalarının rəsmi saytında dərc ediləndən sonra deməyəcəklər ki, bu dəfə də azərbaycanlı xakerlərin müdaxiləsi olmuşdur…
Hərçənd, erməni tərəfi nəyəsə inandırmaq və ya ona nəyisə sübut etmək bizim işimiz deyildir. Onların əsəbi halda vurnuxması öz problemləridir. Bizim vəzifəmiz tamam başqadır və biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Bu cür proklamasiyaların sayı ilbəil artacaqdır.
Erməni diasporunun yaradılmasından bir əsrdən çox keçir. Bütün bu illər ərzində ermənilər heç bir maneə ilə üzləşmədən işləmiş, türklər və azərbaycanlılar Avropada və ABŞ-da praktiki olmadıqlarına görə, ermənilər onların tərəfindən heç bir müqavimətə rast gəlmədən əslində bir qapıya oynamışlar. Nəticədə Azadlığı dəstəkləmək haqqında akta 907-ci düzəliş kimi ədalətsiz qətnamələr qəbul edilmişdir. Azərbaycan diasporu isə yalnız son iyirmi ildə Vətən övladları hesabına genişlənməyə başlamışdır. Lakin onun inkişafı o qədər sürətlə gedir ki, erməni diasporunun pozucu işi lap yaxın vaxtlarda tamamilə neytrallaşdırılacaqdır. Cəmi 10 il bundan əvvəl heç kəsin ağlına da gəlməzdi ki, ABŞ Konqresində Azərbaycanın Dostları Qrupu yaranacaqdır. Halbuki ermənilərə quyruq bulayan Frank Pallon, Corc Radanoviç və digərləri hələ o vaxt ABŞ Konqresində “Armenian Caucus” adlı qrup yaratmışdılar. Lakin bu gün Azərbaycana dəstək qrupu artıq reallıqdır. Vaxt gələcək, bizim qrup erməni lobbistlərinə ağzını açmağa imkan verməyəcəkdir.
Bu fəaliyyət şəhər meriyaları tərəfindən proklamasiyalar qəbul edilməsi kimi kiçik işlərdən başlanır. Lakin bu kiçik uğurlar haçansa hökmən daha geniş əhatəli uğurlara gətirib çıxaracaqdır. Qoy ANCA və AAA dəstələrindən olan ermənilər bizim diasporun fəaliyyətinin necə sürətlə inkişaf etməsinə tamaşa etsinlər və bu barədə bütün şübhələri bir kənara atsınlar. Xarici siyasi sosiumda erməni mühacirlərin maneəsiz özbaşınalıq etdiyi dövr üçün rekviyem getdikcə daha ucadan eşidilməkdədir.