Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Veteranlara güzəştlər və zəmanətlər verilməsi haqqında məsələlər
Minskdə müzakirə ediləcəkdir
 
Mayın 25-26-da Minskdə Veteranlara güzəştlər və zəmanətlər verilməsi üçün sənədlərin reallaşdırılmasına dair təkliflərin təhlili və hazırlanması üzrə İşçi Qrupun iclası keçiriləcəkdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazisində döyüş əməliyyatlarının iştirakçıları, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəştlərin və zəmanətlərin qarşılıqlı tanınması haqqında 15 aprel 1994-cü il tarixli Saziş və onların güzəştli gediş hüquqlarının qarşılıqlı tanınması haqqında 12 mart 1993-cü il tarixli Saziş müzakirəyə çıxarılacaqdır.
Məlumatda həmçinin bildirilir ki, dövlətlər Böyük Vətən müharibəsində həlak olanların, digər dövlətlərin ərazisində döyüş əməliyyatlarının iştirakçılarının məzarlarının və abidələrinin qorunmasının təmin edilməsi üçün tədbirlər görəcəklər.
Ekspertlər həm də ərazisində keçmiş SSRİ vətəndaşlarının iştirakı ilə döyüş əməliyyatları aparılmış dövlətlərin, həmin döyüş əməliyyatları aparılan dövrlər göstərilməklə, vahid siyahısını işləyib hazırlamaq niyyətindədirlər.