Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi
məsələləri müzakirə olunmuşdur

Mayın 24-də Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilmişdir.
Səbail RİH-də keçirilmiş konfransda respublikamızda fəaliyyət göstərən aparıcı KİV-lərin rəhbərləri, rayonun müxtəlif idarə və təşkilatlarında çalışan gənclər, tələbələr iştirak etmişlər.
Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Milli Mətbuatımızın yaranması, inkişaf yolu barədə danışmışdır. O, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə olan diqqət və qayğısından, Azərbaycanda mətbuatın inkişafı ilə bağlı görülən işlərdən, ölkəmizdə söz və mətbuat azadlığından, KİV-lərin və jurnalistlərin müstəqilliyinə təminat verən qanunlardan danışmışdır.
A.Əsgərov vurğulamışdır ki, 300-dən çox KİV əməkdaşına Prezident təqaüdünün, dövlət mükafatlarının və fəxri adların verilməsi, müəyyən qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımının göstərilməsi, bir çox mətbu orqanların borclarının dövlət büdcəsindən ödənilməsi ölkə rəhbərliyinin mediaya olan böyük diqqətinin təzahürüdür.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli konfransda müzakirə olunan mövzunun əhəmiyyətini vurğulamışdır.
Azərbaycan mətbuatının yaranması, tarixi barədə ətraflı məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov da vurğulamışdır ki, bu gün müstəqil medianın inkişafına dövlət tərəfindən çox böyük dəstək göstərilir.
Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu və başqaları da mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.
Sonda KİV rəhbərləri internet vasitəsi ilə konfransa qatılan xarici ölkələrdə təhsil alan və işləyən Səbailli gənclərin suallarını cavablandırmışlar.