Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Düşənbədə 28 May - Respublika Günü münasibətilə mərasim keçirilmişdir
 
Azərbaycanın Tacikistandakı səfirliyi “Tacikistan” mehmanxanasında 28 May - Respublika Günü münasibətilə mərasim keçirmişdir.
Mərasimdə Tacikistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, ziyalılar, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Tacikistandakı səfiri Məhərrəm Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi haqqında ətraflı məlumat vermişdir.
Diplomat vurğulamışdır ki, XX əsrin əvvəlində Azərbaycan xalqı öz müstəqilliyini əldə etmişdir. Müsəlman Şərqində ilk demokratik və hüquqi respublika yaranmışdır. AXC çox qısa bir vaxtda böyük işlər görmüşdür. Azərbaycanda müstəqilliyin, dövlətçiliyin əsasları qoyulmuş, dövlət və hökumət təsisatları yaranmışdır. 23 aydan sonra süqut etməsinə baxmayaraq AXC xalqımızın dövlətçilik tarixinə şanlı səhifələr yazmışdır.
Səfir Azərbaycan ilə Tacikistan arasında ikitərəfli siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd etmişdir. Dostluq əlaqələrinin günbəgün möhkəmləndiyini, regional və bir sıra digər məsələlərdə iki ölkənin mövqeyinin üst-üstə düşdüyünü bildirmişdir.
Tacikistanın xarici işlər nazirinin müavini Nizomiddin Zahidov isə vurğulamışdır ki, ölkələrimiz arasında əlaqələr durmadan inkişaf edir. Xalqlarımızı qədim tarixə malik dostluq münasibətləri birləşdirir. Dövlətlərimizin başçıları İlham Əliyevin və Emoməli Rəhmonun səyləri nəticəsində ikitərəfli əlaqələr möhkəmlənir.
Tacikistanın Müdafiə Nazirliyi aparatının rəisi Uktam Toşmatov, Özbəkistanın səfiri Şokasım Şoislamov, İranın Tacikistandakı səfiri Əmir Əliəskər Şerdüst və digərləri çıxış edərək bildirmişlər ki, AXC-nin varisi olan və 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının qazandığı uğurlar dost ölkələrdə böyük rəğbətlə qarşılanmışdır.
Mərasimdə həmçinin səfirlik tərəfindən rus və ingilis dillərində çap olunmuş “Səkkizgüşəli ulduzun məşəli əbədi yanacaq!” adlı kitabçanın təqdimat mərasimi də keçirilmişdir. Kitabça mərasim iştirakçılarına da paylanmışdır.
Tədbir konsert proqramı ilə başa çatmışdır.