Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Bakıda “Təhlükəsizlik problemləri gələcəyin araşdırılması prizmasında” mövzusunda dördgünlük seminar işə başlamışdır

Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü, Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Xəzər Universitenin dəstəyi ilə Bakıda “Təhlükəsizlik problemləri gələcəyin araşdırılması prizmasında” mövzusunda dördgünlük seminar işə başlamışdır.
SAM-dan bildirmişlər ki, seminarın qabaqcıl metodologiya ilə keçirilməsi üçün təşkilatçılar tərəfindən “Forsayt Kanada” (“Foresight Canada”) təşkilatının icraçı direktoru, Minilliyin Layihəsinin Kanada bölməsinin rəhbəri, təhlükəsizlik, konfliktologiya və mübahisələrin həlli üzrə tanınmış ekspert, professor Deyvid Harris Bakıya dəvət olunmuşdur.
Seminarlar professor D.Harris tərəfindən mayın 24-25-də Azərbaycan Dövlət İqtisad Universitetində, 26-27-də isə Xəzər Universitetində keçiriləcəkdir.
Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək seminar müvafiq dövlət orqanlarının işçiləri, təhlükəsizlik və konfliktologiya məsələlərini araşdıran mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Xəzər Universitetində keçiriləcək seminarda isə beynəlxalq münasibətlər, ictimai-siyasi və humanitar elmləri öyrənən tələbələr iştirak edəcəklər.
Seminarlar ingilis dilində keçiriləcəkdir.